Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri həlak olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Nuru Nuriyev həlak olub. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs – Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu …
Read More »Афган Салманов закликав не лише пам‘ятати, а й досліджувати
Почесний консул Азербайджанської Республіки в м. Харків, Почесний громадянин села Нова Слобода (Конотопський район Сумської області, Путивльщина) Афган Салманов відвідав Нову Слободу, де взяв участь у мітингу-реквієм за загиблими біля Монументу жертвам фашизму «Дзвін скорботи», поспілкувався з односельцями, зустрівся з головою Новослобідської сільської ради Ольгою Гаркавенко. Щороку 7 липня у селі Нова Слобода – вшанування жертв страшної трагедії, що трапилася …
Read More »Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Çin səfiri ilə görüş keçirilib – FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və siyasi, iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, eləcə də, təhsil, səhiyyə, mədəniyyət, maşınqayırma sənayesi, kənd təsərrüfatı və s. əlaqələrin yüksəldilməsi, yeni iqtisadi layihələr, …
Read More »Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv …
Read More »Füzulidə iki nəfər minaya düşüb
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından …
Read More »Mübariz İbrahimovun ev muzeyi açılıb
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvarın Əliabad kəndində tədbir keçirilib. Açılış mərasimində deputat Fəzail İbrahimli, rayon rəsmiləri, şəhid valideynləri, yerli sakinlər və qəhrəmanın yaxınları iştirak edib. Açılışdan əvvəl tədbirdə çıxış edənlər qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar. Eyni zamanda məktəblilər qəhrəmana həsr olunmuş şeirlər səsləndirib. Daha …
Read More »Bakı Türk Təhsil Qurumları yaradılır
Bakı Türk Təhsil Qurumları Əsasnaməsi imzalanacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2021-ci ildə Bakı Türk Təhsil Qurumları Əsasnamə qarşılıqlı razılaşma ilə tamamlanacaq və imzalanacaq. Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.
Read More »Prezident XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər veri ki, müraciətdə deyilir:“Hörmətli sammit iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni …
Read More »Zəngilanlı məcburi köçkünlər Oxçuçayın çirkləndirilməsi ilə bağlı Almaniya səfirinə müraciət edib
Zəngilan rayonundan olan məcburi köçkünlər Almaniyanın “CRONIMET” şirkəti ilə bağlı tədbir görülməsi üçün bu ölkənin Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət ediblər. Boyukmillet.com müraciəti təqdim edir. “Biz, Zəngilan rayonundan olan məcburi köçkünlər sizə doğma yurd yerimizdə Ermənistanın işğalı zamanı törədilən ekoloji terrorla əlaqədar müraciət edirik. Biz 30 ilə yaxın müddətdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışıq. Bir an da olsa …
Read More »Türkiyə və Azərbaycan azad edilən ərazilərin ortofoto xəritələrini hazırlayacaq
Azərbaycanın işğaldan azad edilən əraziləri üçün ortofoto xəritələri mövzusunda texniki dəstəyin təmin olunması işləri görülür. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərin ortofoto xəritələrinin hazırlanması məqsədilə texniki-iqtisadi əsaslandırma işləri həyata keçiriləcək. Bundan əlavə, ortofoto xəritələrin istehsal metodu müəyyən ediləcək və bu çərçivədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar