Çərşənbə , 8 Aprel 2026

autor

Milli Məclisin deputatları Avstriyaya gedəcəklər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Qarışıq formatda keçiriləcək tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, …

Read More »

Azərbaycan kapital bazarı yeni reallıqlarla üzbəüzdür

“Bakı Fond Birjasının açıqladığı yanvar-may aylarına aid statistik göstəricilərə nəzər salsaq, ölkədəki qiymətli kağızlarla olan ticarət həcminin 7 milyard manata yaxın təşkil etdiyini görərik. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə pandemiya şəraitinə baxmayaraq iki dəfəyə qədər artım deməkdir. Bu artımın əsas səbəbi kimi Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin isiqrazlarının ilkin bazarda olan artımını göstərə bilərik”. Bu sözləri “Report”a bu ilin …

Read More »

Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini Türkiyəyə gedib – VİDEO

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı …

Read More »

54 yaşlı Cəsur döyüşçü: “Vətən müharibəsində oğlumla birlikdə vuruşdum”

“Dünyanın müxtəlif yerlərində yaşayan, xalqımızın müqəddəs amalları, azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları ətrafında birləşmiş soydaşlarımızla, həmvətənlərimizlə müzəffər ordumuz, mübariz silahlı qüvvələrimiz üçün əlamətdar olan bir gündə görüşmək məndə böyük sevinc və qürur hissi doğurdu. İştirakçısı olduğum 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz münasibətilə onların hər birindən eşitdiyim təbriklər bütün ağrı-acılarımı unutdurdu. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə doğma …

Read More »

Ağdam və Füzulinin turizm konsepsiyaları hazırlanıb

Dövlət Turizm Agentliyi Ağdam və Füzuli şəhərlərinin turizm konsepsiyalarını hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Agentliyin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib. “Bunlar şəhərlər səviyyəsində olan konsepsiyalardır. Rayonlar səviyyəsində isə konsepsiyalar isə hələ hazırlanmayıb”, – deyə o, qeyd edib.

Read More »

Bakıda Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılır

Bakıda iyulun 7-də Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimatı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasında əsas məqsəd iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin və ticarətin inkişafıdır. Onlayn formatda keçiriləcək tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin, Azərbaycan və Pakistan iqtisadiyyat nazirliklərinin rəsmilərinin iştirakı gözlənilir. Təqdimat mərasimində, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi …

Read More »

Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edib

Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub. Sonra Milli Məclisin Sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. …

Read More »

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 85 889 nəfər vaksinasiya olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı …

Read More »

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb. Boyukmillet.com xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir. …

Read More »

Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları …

Read More »