Çərşənbə , 8 Aprel 2026

autor

Avropa İttifaqı Azərbaycandan səyahətlərə icazə verib

Avropa İttifaqı (Aİ) Azərbaycandan səyahətlərə icazə verib. Boyukmillet.com xəbər verir ki, quruma üzv ölkələrin səfirlərinin bu gün keçirilən toplantısında 11 ölkənin Aİ-nin təsdiqlənmiş səyahət siyahısına daxil edilməsinə qərar verilib. Siyahıda Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı yer alıb. Ötən il Aİ koronavirus pandemiyası səbəbindən ittifaqa daxil olmayan ölkələrdən qeyri-vacib səyahətlərə qadağa …

Read More »

Goranboyda 30 yaşlı qadın bıçaqlandı

Goranboyda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib. Yaralının vəziyyəti ağırdır. İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

ATƏT PA-nın yaz sessiyasinda Ermənistanın Azərbaycana qarşı cinayətləri açıqlanıb

ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz nitqlərində Dağlıq Qarabağ mövzusuna toxunaraq, Azərbaycanda olan erməni əsirlərinin hüquq və azadlıqları, Dağlıq Qarabağ ərazisində ermənilərə məxsus dini, mədəni abidələrin qorunmasından narahat olduqlarını dilə gətirib. Azərbaycan nümayəndə heyətinin üzvü deputat Əminə Ağazadə erməni …

Read More »

TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtərdə davam etdirib

Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə …

Read More »

Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib. Müxtəlif mərhələlər üzrə …

Read More »

“ERMƏNILƏR LƏYAQƏTI TAPDALANMIŞ XALQ OLARAQ TARIXƏ DÜŞDÜLƏR”

“Torpaqlarımızın işğaldan azad olunması prezident İlham Əliyevin müdrikliyi, cəsarəti, Azərbaycan Ordusunun şücaəti sayəsində baş verdi. 44 gün davam edən vətən müharibəsi ermənilərin yenilməzliyi ilə bağlı mifi darmadağın etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib. S.Adgözəlli vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin illərdir həyata keçirdiyi iqtisadi siyasətin …

Read More »

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü – Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru cənab Klaus Risbcerg ölkəmizə işgüzar səfərə gəliblər. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İyunun 29-da keçirilən görüş zamanı Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev qonaqlara ölkə …

Read More »

Yol polisi vəzifəli şəxsi sərxoş halda avtomobil idarə edərkən saxladı – VİDEO

Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib . Boyukmillet.com xəbər verir ki, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər. Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliliyyətə cəlb ediliblər. Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini …

Read More »

Apellyasiya məhkəməsi Mübariz Mənsimovun 5 illik həbs cəzasını qüvvədə saxladı

İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qanuna uyğun sayıb. Boyukmillet.com xəbər verir ki, bununla da İstanbul 27-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Mübariz Mənsimova martın 5-də verilən cəza qüvvədə saxlanılıb, yəni, Mənsimovun apellyasiya şikayəti təmin …

Read More »

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 88 978 nəfər vaksinasiya olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 174 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı …

Read More »