Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bu gündən magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır

Bu gündən etibarən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başlayır. Boyukmillet.com xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən …

Read More »

Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ zəfəri” sərgisi açılıb

Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ zəfəri” adlı sərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki , tədbirdə respublikamızın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər. İlk olaraq ölkəmizin ərazi bütövlüyü …

Read More »

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. Boyukmillet.com xəbər verir ki, ANAMA-dan “Report”a verilən məlumatda deyilir, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan …

Read More »

1 tondan artıq çətənə kolu yandırılıb

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Boyukmillet.com xəbər verir ki, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Read More »

Yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Sabir Rüstəmxanlı Türkiyədə yüksək mükafat aldı

VHP sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb. Ödül millət vəkilinə iyunun 26-da İpekyolu Kamu Diplomasisi ve Ekonomik İşbirliği Təşkilatı ile Uluslararası İpekyolu Dərgisinin 17-ci “İpekyolu İlin Altın Adamları Ödül Töreni”ndə təqdim edilib. Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında …

Read More »

Fatih Dönmez: “Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işlərini başa çatdırıb”

Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işlərini başa çatdırıb. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib. “Hazırlıqlarımız, marşrut üzərində iş, layihələndirmə işləri başa çatıb”, – deyə o, bu gün türkiyəli jurnalistlərə bildirib. Nazir xatırladıb ki, Azərbaycanla bu layihənin həyata keçirilməsi ilə bağlı memorandum imzalanıb. “İndi biz bəzi texniki məlumatların Azərbaycan tərəfindən təsdiqini gözləyirik. Həmçinin bizə memorandumun mətnindən …

Read More »

Vətən müharibəsi iştirakçısı intihar etdi

Şirvanda 33 yaşlı kişi intihar edib. Boyukmillet.com xəbər verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad …

Read More »

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatıb

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.

Read More »

Türkiyə-Naxçıvan Dostluq Parkında bayram konserti olub

Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.Bayram konserti Türkiyə-Naxçıvan …

Read More »