Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində iyunun 4-də Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyi həlak olan jurnalistlərlə bağlı bəyanat qəbul edib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədilə təcili iclas keçirib. İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyiblər. …
Read More »Şəhid jurnalistlər Bakıda anılır
Bu gün Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasim Şəhidlər xiyabanı ilə Azərbaycan Televiziyasının (AzTV) yaxınlığında keçirilir. Mərasimdə mətbuat nümayəndələri, ölkənin tanınmış şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim iştirakçıları şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar qoyulmuş xatirə guşəsinin qarşısına gül dəstələri düzürlər. …
Read More »İtaliya səfirliyi Kəlbəcərdə media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib
İtaliyanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda onları daşıyan avtomobilin minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib. “Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək həlak olması xəbəri bizi həqiqətən kədərləndirdi. Hadisə ilə bağlı onların yaxınlarına səmimi qəlbdən başsağlığı veririk”, …
Read More »“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı – VİDEO
“Haber Global” Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək şəhid olması ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir. “Haber Global”ın sabiq aparıcısı Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və həmkarları da Qarabağda …
Read More »Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib
“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. …
Read More »Şəhid Orxan Yusubovla vida mərasimi başlayıb
Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər. Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə …
Read More »“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır
“Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Canlı kitab” sosial layihəsini davam etdirir. “Radio Antenn” 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələr “YouTube” platformasında cəmləşdiriləcək. Qeyd edək ki, “Canlı kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş 135 əsər ana dilimizdə audiokitablar şəklində artıq “YouTube” səhifəsində yerləşdirilib. Yüksəksürətli “Nar” mobil interneti vasitəsilə istənilən yerdən onlayn …
Read More »Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb – VİDEO
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. “Report” xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb. Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir. “Azərbaycan Televiziya və Radio …
Read More »Vüsal Qasımlı dövlət xərclərinin idarə edilməsində 3 əsas məqsədi açıqlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dünya Bankı ilə birlikdə “İdarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu” mövzusunda seminar keçirib. “Report”un Mərkəzə istinadən verdiyi xəbərə görə, seminar Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialına həsr olunub. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı komandasına Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə üçün metodologiya və çərçivənin hazırlanmasında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar