Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Koronavirusu gizli keçirənlər vaksin vurdura bilər? – Açıqlama

Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanların immunitet sertifikatı əldə edə bilməməsi məsələsi barədə açıqlama verib. Boyukmillet.com-un məlumatına görə, Yavər Hacısoy bildirib ki, orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir …

Read More »

QMİ məscidlərdə ibadət qaydalarını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və …

Read More »

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir, gündəlikdə Qarabağ da var

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb. Boyukmillet.com  xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müzakirə edilməsidir. Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir. İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” …

Read More »

Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür”. Boyukmillet.com  xəbər verir ki, bu fikirlər …

Read More »

Ermənistan Kəlbəcərdə təxribat törədib, Azərbaycan qəti tədbirlər görüb

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi …

Read More »

Türkiyə səfiri: “Beynəlxalq ictimaiyyət 30 il davam edən işğala son qoyulmasını alqışlamalıdır”

“Biz Fransadakı ermənilərin Qarabağla bağlı dezinformasiyalarına qarşı mübarizəmizi gücləndirəcəyik”. Bunu Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner “Report”un yerli bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Fransadakı ermənilər ölkə rəsmiləri üzərində güclü təsirə malikdirlər: “Biz Azərbaycanla bağlı xəbərləri yaxından izləyirik. Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə davamlı olaraq dəstək verib. Biz Azərbaycanın nəinki torpaqlarının işğalını davam etdirən, hətta bu münaqişəni daha da qızışdıran …

Read More »

Fransa hakimiyyətinin Ermənistan sevdası – “qozbeli qəbir düzəldər” – ŞƏRH

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 1-də Fransada səfərdə olub. O, səfər çərçivəsində bir sıra görüşlər keçirib. Ermənistan KİV-lərinin yazdığına görə, Ermənistan baş nazirinin Fransaya səfəri bu ilin oktyabrına planlaşdırılıbmış. Ancaq Paşinyanın Emmanuel Makrona dəfələrlə müraciəti nəticəsində bu ziyarət tezləşib. Nikolun keçirdiyi görüşlərdə Fransa rəsmiləri Azərbaycana qarşı əsassız və qərəzli mövqe nümayiş etdiriblər. Fransa prezidenti Emmanuel Makron …

Read More »

QHT sədri: “Ermənilərin məhkəməsi beynəlxalq standartlara uyğun təşkil edilmişdi”

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin rəhbəri Ramil İskəndərli Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı keçirilən məhkəmənin hazırlıq iclası barədə təəssüratlarını bölüşüb. Boyukmillet.com xəbər verir ki, R.İskəndərli paylaşımında bu gün insanlıq əleyhinə və s. cinayətlərdə təqsirli bilinən ermənilərlə bağlı baş tutan məhkəmə iclasında bir QHT nümayəndəsi olaraq müşahidəçi qismində iştirak etdiyini …

Read More »

Türkiyəyə gələnlər üçün yeni qaydalar tətbiq olunur

İyunun 4-dən Türkiyəyə gələn əcnəbilər üçün yeni qaydalar qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, ölkəyə gələnlər maksimum 72 saat əvvəl keçdikləri PCR testinin, yaxud 48 saatədək əvvəl keçdikləri sürətli anticisim testinin mənfi nəticəsinə dair sənəd təqdim etməlidir. Bununla yanaşı, azı 14 gün əvvəl peyvənd olunduğuna, yaxud son 6 ay ərzində COVID-dən sağalmasına dair …

Read More »

İrandan Türkiyəyə raket atan 3 terrorçu məhv edilib

Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonuna İran ərazisindən raket atan terrorçulardan 3-ü zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. PKK terror qruplaşması bölgədə beton divar tikintisində işləyən şəxslərin təhlükəsizliyini təmin edən METİ (Mina, əldəqayırma partlayıcıların təsbiti və məvhi dəstəsi) əməkdaşlarını raket atəşinə tutub. Buna cavab olaraq ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib. Qeyd edək ki, hazırda Türkiyə İranla sərhədində …

Read More »