Çərşənbə axşamı , 7 Aprel 2026

autor

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub. Boyukmillet.com bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır. İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.

Read More »

“Formula 1” yarışları zamanı Bakı bulvarı bağlı olmayacaq

İyunun 4-6-da Bakıda keçiriləcək “Formula 1” – Azərbaycan Qran-prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Əhalinin ictimai nəqliyyata əlçatanlığının və müntəzəm sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol …

Read More »

Ərdoğan: “Süleyman Soylunun yanındayıq və yanında olacağıq”

“Ölkədə ara qarışdıranlar var. Daxili işlər nazirimiz Süleyman Soylunu hədəf alan hücumların arxasında ölkədəki sakitlikdən narahat olanlar dayanır. Cinayətkar qruplarla mübarizədə daxili işlər nazirimizin yanında olmuşuq, indi də yanındayıq, gələcəkdə də yanında olacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın oğlu haqqında yayılan iddialara da münasibət bildirib: “Dostumuz …

Read More »

Bakıda 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar mayın 310dıb başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək. Boyukmillet.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır: • 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər …

Read More »

“Heç kim boşuna əziyyət çəkməsin” – Ərdoğandan növbədənkənar seçki tələbinə reaksiya

“Heç kim boşuna əziyyət çəkməsin, növbəti seçkilər 2023-cü ilin iyununda keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Xatırladaq ki, Türkiyədə müxalifət partiyaları növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Read More »

Ərdoğan mafiya liderlərindən danışdı: “Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük”

“Türkiyəni 19 ildə beynəlxalq mütəşəkkil cinayətkar agentlərdən təmizləyərək ölkəni təhlükəsiz vəziyyətə gətirdik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. “Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq. Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük. Son 5 ildə belə dəstələrə qarşı 1 700-ə yaxın əməliyyat keçirildi. Narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olanların …

Read More »

Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək – Sərəncam

Prezident İlham Əliyev “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Mia.az xəbər verir ki, sərəncamda deyilir: “Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar …

Read More »

Üç paracüdoçumuz Bakıdakı Qran-prinin finalında, İlham Zəkiyev uduzdu

Azərbaycanın son 8 paracüdoçusu Bakıda keçirilən beynəlxalq Qran-Pridə mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi +70kq) tatami üzərinə çıxıblar. İdmançılardan üçü finala vəsiqə qazanıblar. Rəhimli, …

Read More »

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi missiyasını başa vurur

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ölkədəki missiyasını başa vurur. Boyukmillet.com xəbər verir ki, diplomat iyunun ikinci yarısında Azərbaycanı tərk edəcək. O, Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib. Xatırladaq ki, Qulam İsaqzai 2016-cı ilin aprelindən bəri BMT-nin Azərbaycandakı rezident əlaqələndirici olub.

Read More »

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Read More »