Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azad olunmuş əraziyə keçmək istəyən şəxslər saxlanıldı

Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol …

Read More »

Mirmahmud Mirəlioğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub. Boyukmillet.com xəbər verir ki, bu barədə partiya sədrinin dostları “Facebook” sosial şəbəkəsində paylaşım ediblər. Məlumata görə, onunla yanaşı, bir neçə ailə üzvü də COVID-19 infeksiyasına yoluxub. Mirmahmud Mirəlioğlunun hazırda evdə müalicə aldığı, vəziyyətinin qənaətbəxş olmadığı, ciddi müalicəyə ehtiyac duyduğu bildirilir.

Read More »

Daxili Qoşunların əməkdaşları sərhədçilərimizi öldürən iranlını dağda zərərsizləşdirdi

Mayın 15-də Azərbaycan sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı insidentdən sonra iki İran vətəndaşı hadisə yerindən qaçaraq Azərbaycan ərazisində gizləniblər. Dünən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət …

Read More »

Azərbaycanın Baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedir

Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək. Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

Read More »

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb – FOTO

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Bu barədə  Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin …

Read More »

Cahit Bağçı: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür”

“Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir və spesifik xüsusiyyətə malikdir”. Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib. Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq üzərində qurulub: “Bu baxımdan münasibətlərimizi qarşılıqlı mənfəət götürmək üçün qurulan əlaqələr kontekstində qiymətləndirmək mümkün deyil. Qardaşların bir-biri ilə münasibətləri yaxşı və pis günlərdə eyni olur …

Read More »

Mina və partlamamış hərbi sursatların təhlükəsinə dair dərsliklər çap olunacaq

Azərbaycanda mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işi çərçivəsində müəllim və şagirdlər üçün dərs vəsaitləri çap olunacaq.Boyukmillet.com xəbər verir ki, layihənin sifarişçisi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir. Layihəni “İdeal-Print” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həyata keçirəcək.Dərsliklərin hazırlanması üçün MMC-yə 31 050,5 manat vəsait ayırılıb.

Read More »

Səfir: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf edəcək” – EKSKLÜZİV

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”. Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib. “Hərbi sahədə əlaqələr birgə təlimlərdən birgə müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir. …

Read More »

Laçına gedən deputat içki məclisi qurdu, arağını şəhidin adına tikilmiş bulaqda soyutdu – SKANDAL FOTOLAR

Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.Avropa.info xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul …

Read More »

Mərkəzi Xəstəxana və Diaqnostika Mərkəzinin rəhbərliyinə cinayət işi açıldı – Səbəb

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb. Baş prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xaçmaz RMX-da AQTA tərəfindən aparılmış yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının …

Read More »