Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Samir Adıgözəlli Əkrəm İmamoğlu ilə görüşüb – Fotolar

Qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM)  nümayəndə heyəti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.Boyukmillet.com  xəbər verir ki, görüşdə İSBAM sədri Samir Adıgözəlli bu qədər gərgin iş qrafikində zaman ayırıb onları qəbul etdiyinə görə öz dərin təşəkkürünü bildirib. Azərbaycanın öz haqlı mübarizəsində hər zaman qardaş Türkiyəni yanında olduğunu qeyd edən İSBAM sədri onu da …

Read More »

Rufiz Qonaqov: İşğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq

“30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızda ermənilərin həyata keçirdiyi vandalizm aktı nəticəsində rayonlarımız, kənd və şəhərlərimiz xarabalığa çevrilib. Həmin regionlara səfər edən xarici jurnalistlər, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu faktları öz gözləri ilə gördülər. Təbii ki, Azərbaycan dövləti bütün ərazilərin yenidən bərpa olunması istiqamətində böyük işlər aparır və qısa zaman kəsiyində artıq bununla bağlı layihələr işlənib hazırlanıb, işğaldan …

Read More »

“Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq” – Prezident İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış edib (YENİLƏNİB)

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir. Boyukmillet.com xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib. Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır …

Read More »

Qərbi Azərbaycanda soyqırımı tariximizə bir nəzər

1918-ci il martın 31-i tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. Amma ermənilər tərəfindən xalqımızın soyqırımları təkcə həmin tarixlə məhdudlaşmır. Xalqımıza qarşı soyqırımlarının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilib, özü də bütün Azərbaycan torpaqlarında – Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Ermənilər tərəfindən xalqımıza qarşı növbəti soyqırımı 1918-1920-ci illərdə törədilib. Həmin illərdə də dəhşətli soyqırımına məruz …

Read More »

Bir neçə fransız deputat qondarma “Artsaxa səfər” planlarını açdı – sülhməramlılar necə davranacaq…

Samir Adıgözəlli: “…fransalı parlamentariləri Qarabağa buraxmamalıdırlar” Fransa Qarabağda erməni separatizminə “ilham verməkdə” davam edir. Zaman-zaman Fransa parlamentarilərinin Qarabağa qanunuz səfərlər etdikləri məlumdur. İndi də “Fransa-Artsax Dostluq Dərnəyi”nin sədri, Bouches-du-Rhône-dən olan millət vəkili Qay Tessierin rəhbərliyi ilə fransalı parlamentarilər qrupunun qondarma “Artsax”a səfər edəcəyi açıqlanıb.  Q.Tessier hətta qanunsuz səfəri ilə bağlı “Parlamentin sədri” Artur Tovmasyana məktub da göndərib. “…sülhməramlıların özlərinin də …

Read More »

Mehriban Əliyevadan soyqırımı PAYLAŞIMI

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir: “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin …

Read More »

İSBAM nümayəndə heyyəti Azərbaycanın İstanbuldakı Başkonsulu ilə görüşüb

Boyukmillet.com xəbər verir ki, qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Azərbaycanın Istanbuldakı Baş konsulu Nərminə Mustafayeva ilə görüş keçirib. __ xəbər verir ki, görüşdə səmimi qəbula görə xanım baş konsula öz təşəkkürünü bildirən İSBAM sədri Samir Adıgözəlli 29 mart tarixində Qarabağ savaşında iştirak edən qardaş Türkiyənin mətbuat işçilərinin Zəfər Media Mükafatı ilə mükafatlandırma mərasimindən …

Read More »

İSBAM Türkiyədəki jurnalistləri mükafatlandırıb

Boyukmillet.com xəbər verir ki, 29 mart tarixində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən təqdimat mərasimində hər iki ölkənin ictimai siyasi xadimləri, elm və mədəniyyət insanları iştirak ediblər. Tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb və daha sonra Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan proqramın …

Read More »

Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb. Qeyd edək ki, Rövşən Əkbərovun Ukraynada qətl törətməkdə təqsirləndirilir.Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, …

Read More »

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 2146-ya çatıb, 25 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir. Son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.

Read More »