Ermənistanda 149 koronaviruslu vətəndaş xəstəxanaya yerləşdirilməsi üçün növbə gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Gevorq Simonyan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə Səhiyyə Nazirliyi “COVİD mərkəzləri”nin və yataq fondunun sayını artırmaq üçün əlindən gələni edir. Son sutka ərzində Ermənistanda 424 nəfər yeni yoluxma qeyd alınsa da, 29 mart tarixində ümumilikdə ölkə üzrə 190 741 yoluxmanın olduğu …
Read More »Türkiyədə karantin rejimi sərtləşdirildi
Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir. Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq …
Read More »Kolumbiyada silahlı qruplaşmanın qadın rəhbərlərindən biri yaxalanıb
Kolumbiyanın Silahlı Qüvvələrinin hərbçiləri ölkənin şimalında sol radikal üsyançı “Milli Azadlıq Ordusu” silahlı qruplaşmasına qarşı əməliyyat keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində bildirib. O, qeyd edib ki, təhlükəsizlik qüvvələri üsyançı qruplaşma başçılarından birini yaxalamağa müvəffəq olub. “Biz narkotik qrupunun strukturlarına zərbələr endirməkdə davam edirik. Bolivar Departamentinin Simiti bələdiyyəsində keçirilən əməliyyatın gedişatında “Leydi” təxəllüsü ilə …
Read More »İSBAM Vətən müharibəsinin reallıqlarını işıqlandıran türk jurnalistlərini mükafatlandırdı
Türkiyənin İstanbul şəhərində İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən Vətən müharibəsi reallıqlarını dünya ictimaiyyətinə çatdıran azərbaycanlı və türkiyəli media mənsubları mükafatlandırılıb. Boyukmillet.com xəbər verir ki, mükafata layiq görülənlər arasında, “TV 100”ün xüsusi müxbiri Ali Burak Ersemir də var. O, “Report”a açıqlamasında Azərbaycan dövləti və xalqı tərəfindən unudulmadıqları üçün məmnunluğunu ifadə edərək, təltif olunduğu mükafatın çox böyük mənəvi dəyərini …
Read More »Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşüb
Ötən gün Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prossesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə …
Read More »Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Martın 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini, hava marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül …
Read More »Azərbaycan və Türkiyə XİN başçılarının Tacikistanda görüşü olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olub. XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və aprelin 1-dən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə …
Read More »Niyə Çin pandemiyadan qurtuldu, biz yox? – Kimlər virusdan qoruna biləcək?
Bu pandemiyada ən yaxşısı yoluxmamaqdır! Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir. Yoluxduğu halda özünü izolyasiya edir, həkimə müraciət edir, lazımi müalicələri edir, panikaya düşmür. Boyukmillet.com xəbər verir ki, tanınmış radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev qeyd …
Read More »Cəbrayılda işğaldan azad edilən əraziyə keçmək istəyən şəxslər saxlanıldı
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb. Saxlanılan …
Read More »Bakıda daş karxanasında mişar fəhlənin başını kəsib
Martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar