Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakıda qayınata kürəkənini qətlə yetirib

Martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi Rayon Prokurorluğundan  verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq “əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası …

Read More »

Əfv Komissiyasının sonuncu iclasının vaxtı açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısı martın 17-də keçiriləcək. Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq. Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Read More »

Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb

Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir. Qeyd edilən ərazilər Türkiyənin Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında yerləşir. Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb. Bəşşar Əsədə məxsus qüvvələr …

Read More »

Bu gündən Azərbaycan Ordusu 10 min nəfərlik şəxsi heyətlə təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş …

Read More »

Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib – Qərargah son məlumatı yaydı

Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 240 960 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 945, …

Read More »

Sabahdan Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilir

Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir. Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə …

Read More »

Ermənistan ordusunda HƏBSLƏR : 12500 hərbçiyə cinayət işi açıldı, 2-si yüksək vəzifəli olmaqla 180 nəfər həbs olundu…

Ermənistanda Qarabağ müharibəsi ilə əlaqədar 1500 cinayət işi açılıb. Boyukmillet.com xəbər verirki, bu haqda erməni mediası məlumat yayıb.  Məlumata görə, Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində aparılan cinayət işlərində 12500-dən çox şəxsin adı keçir. “Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox şəxs məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli …

Read More »

Hikmət Hacıyev: “Ağdamda olarkən qarışıq hislər keçirirəm

Boyukmillet.com xəbər verir ki, bu gün KİV, QHT nümayəndələri, blogerlər və ictimai xadimlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər. Mediaya açıqlamasında Hikmət Hacıyev Ağdamda olarkən qarışıq hislər keçirdiyini bildirib. “Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza …

Read More »

SON DƏQİQƏ! Azərbaycanda 4 yüksək vəzifəli şəxs İSTEFA VERDİ

Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur. İşdən ayrılanlardan biri – Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun …

Read More »

Tanınmış vəkil məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə R.Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli …

Read More »