Ermənistanın müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın fəalları bu gün yerli vaxtla saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşacaq. Bu barədə Boyukmillet.com “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, müxalifət Xarici İşlər Nazirliyinə gələcək baş nazir Nikol Paşinyanın qarşısını kəsməyə çalışacaq. “Hörmətli həmvətənlər, Nikol Paşinyan martın 13-də saat 12:30-da hökumət binalarının kompleksinin ikinci korpusuna – Xarici İşlər Nazirliyinə baş çəkməyə …
Read More »Media orqanları, QHT rəhbərləri və ictimai fəalların Ağdama səfəri başlayıb
Azərbaycanın bir qrup media orqanı və QHT rəhbərlərinin, blogerlərin, ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri başlayıb. Boyukmillet.com-un xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, Ağdamda ermənilərin hərbi istehkamları ilə tanış olacaqlar. Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət …
Read More »TƏBİB karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb. Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da …
Read More »ÜST-ün baş direktoru Azərbaycana təşəkkür edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşma edib. Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və …
Read More »PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var
PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Rudaw” internet resursu bildirib. Məlumata görə, hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil …
Read More »Ordubadın Nürgüt kəndində qarın hündürlüyü 40 santimetrə çatır
Martın 10-u axşam saatlarından başlayaraq muxtar respublikada da yağıntılı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın rayonlarının dağlıq və dağətəyi kəndlərinə, o cümlədən paytaxt Naxçıvan şəhərinə qar, digər rayonlara isə intensiv yağış yağıb.Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ən çox qar Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 40 …
Read More »Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə …
Read More »Azərbaycan Səhiyyə Nazirliyi Rusiya peyvəndini istifadə üçün təsdiqlədi
Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib. Nazirlikdən verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: “Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq”.
Read More »Restoranlar cərimələndi – TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 353 ictimai iaşə obyektində 595 monitorinq keçirilib. Monitorinqlər zamanı 35 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. …
Read More »Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəxsi heyəti Daxili Qoşunlar gününün 29-cu ildönümünü qeyd edir. Boyukmillet.com-un xəbərinə görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar