Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər …
Read More »TƏBİB əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə müsahibəsində “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri ilə bağlı sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olmasına aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, N.Mustafayeva verilişin aparıcısının bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyini istədiyini xatırladıb. TƏBİB nümayəndəsi qeyd edib …
Read More »AZAL, ADY, Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinə verildi – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti; “Azərbaycan Dəmir Yolları” Qapalı …
Read More »Prezident Azərbaycanın iki ölkədəki səfirini geri çağırdı
Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Read More »Türkiyə Ordusu şəhidlərin qisasını aldı, 33 terrorçu məhv edildi
İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatında 33 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid hərbi sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hərəkatı ilə məhv edilib. 40-dan çox təyyarənin iştirak etdiyi əməliyyatda PUA və zərbə PUA-ları ilə …
Read More »Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib
“Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə …
Read More »Məşvərət Şurasının son iclasının yekunlarına dair həmsədrlər bəyanat verib
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanatı olub. Boyukmilllet.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasın həmsədrləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, həmçinin, qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi tərəfindən birgə bəyanat verilib. Bəyanatda deyilir: “2021-ci il 11 …
Read More »Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »Peyvənd olunmayanların pensiyası kəsiləcək? – AÇIQLAMA
İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov sosial şəbəkələrdə COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, ekspert hər bir vətəndaşın pensiya hüququnun olduğunu deyib: “Bu onun qazandığı bir hüquqdur. Pensiya qanunvericiliyi var və həmin qanunvericilikdə belə bir məsələ yoxdur. Peyvənd könllüdür. Hətta gələcəkdə peyvənd məcburi …
Read More »Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar