AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu vəzifəsindən azad etdi. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Qeyd olunub ki, akademik Ramiz Mehdiyev AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovu tutduğu vəzifədən azad edib. Sosial şəbəkədə yayılan bu məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat xidməti və akademik Y.Mahmudovla dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Read More »Füzulinin Qarğabazar kəndindən görüntülər
Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər hazırlayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Hagop Xajiryan və Hagop Abrahami Terzian barəsində Azərbaycanda cinayət işi başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib. Təqdimatlara Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş …
Read More »Nazir: “Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır”
“Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya …
Read More »Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com-un məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir. Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək. Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən …
Read More »Hərbi gücə görə Cənubi Qafqazda liderik – ordumuz yeni qırıcılar alır
Ekspert: “Dünya dövlətləri yaxşı görür ki…” Azərbaycan 2021-ci il üzrə “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Bu, Cənubi Qafqaz regionunda ən yüksək göstərici olub. Digər Cənubi Qafqaz ölkələrinə gəldikdə, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdədir. Bundan əlavə, daha bir mühüm xəbər var. Belə ki, Azərbaycan Pakistan-Çin birgə istehsalı olan «JF-17» (Block III) qırıcı-bombardmançılarını …
Read More »Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək
“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqhazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə …
Read More »Ötən il nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb – EKSKLÜZİV
2020-cu il ərzində nikaha daxil olmaq istəyən 75857 nəfər müayinədən keçib. Boyukmillet com-un əldə etdiyi məlumata görə, müayinədən keçənlərdən 2 541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub. Təkcə dekabr ayı ərzində isə 5 828 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 217 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 8 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub. 2015-ci ildən indiyədək 711 …
Read More »Azərbaycanda fevralın 1-dən məktəblər açılır – QƏRAR
Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə …
Read More »Rusiya yenidən Azərbaycanın 5 pomidor istehsalçısına ixrac qadağası qoyub
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Boyukmillet.com quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur. Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar