Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) rəhbər şəxsləri ilə görüşüblər. Boyukmillet.com xəbər verir ki, görüşdə nazir müavini İlhamə Qədimova, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Yusif Mədatov, WIPO-nun İnkişafda Keçid Ölkələri (TDC) …

Read More »

Milli Məclisdə yeni işçi qrup yaradılıb

Milli Məclisdə yaşıllıqların suvarılmasının araşdırılması ilə bağlı yeni işçi qrup yaradılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qərar verilib. Komitə sədri Sadiq Qurbanov qeyd edib ki, yeni yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır. Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi işçi qrupun tərkibinə Təbii …

Read More »

Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür. Nazir görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Read More »

Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar

Son iki həftədə müxtəlif güləş zallarına baş çəkən Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri Astarada olublar. AGF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, olimpiya və 3 qat Avropa çempionu, İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, dünya üçüncüsü, U-20 millisinin məşqçisi Əşrəf Əliyev yerli məşqçilər və idmançılarla görüşüblər. Onlar kompleksin direktoru Aslan …

Read More »

Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markasız siqaretlər aşkar edilib. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı Azərbaycanın aksiz markası olmayan 410 min 740 ədəd siqaret aşkar edilib.

Read More »

Avropa Komissarı: Ukrayna şərtlərə əməl edərsə, 35 milyard avro kredit alacaq

Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən sonra 35 milyard avro məbləğində yeni kredit alacaq. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders bildirib. Onun sözlərinə görə, bu kredit Rusiyanın aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Bu şərtlər ayrıca bir memorandumda təsbit ediləcək. “Bu makromaliyyə krediti Ukrayna tərəfindən Aİ ilə razılaşdırılmış …

Read More »

Minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitələri hesab edilməsi I oxunuşda qəbul edilib

Milli Məclis minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri hesab edilməsini birinci oxunuşda təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanun təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat …

Read More »

Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib

Milli Məclis minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin keçirilməsini birinci oxunuşda təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qiymətləndirməni minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu qanun layihəsi ilə müəyyən edilmiş tələblərə cavab verən dövlət …

Read More »