Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə …
Read More »Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir
Kütləvi informasiya vasitələri xüsusilə qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında mühüm rol oynayır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunda …
Read More »Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib. Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə …
Read More »Azərbaycanlı azarkeşlər “Tottenhem” – “Qarabağ” oyununa 500-dən çox bilet alıblar
İngiltərədə yerli “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyək 500-dən çox bilet alıblar. Bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, matça iki gün qaldığı üçün sayın daha da artacağı gözlənilir. “Köhlən atlar” bu gün, saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək. …
Read More »Rektor: Qarabağ Universiteti tələbələrin istək və tələbatlarına cavab verəcək
Qarabağ Universiteti tələbələrin istək və tələbatlarına cavab verəcək. Bunu “Report”un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. Onun sözlərinə görə, yeni dövrün tələblərinə uyğun qurulan universitet qarşıdakı dövrdə ən müasir standartlara cavab verəcək: “Bu gün çox qürurluyuq, Qarabağ Universitetində ilk tədris günüdür. Sentyabrın 20-də universitetin açılışı olub və Prezident İlham Əliyev mərasimdə proqram xarakterli çıxış edib. Həmin …
Read More »Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb
Bu gün İstanbul şəhərində Türk Dövlətlərinin Xizək Kurortları İttifaqınının yaradılmasına dair memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi” QSC məlumat yayıb. Sənədə əsasən, İttifaqa ilk iki illik müddətə sədrlik və baş katiblik Azərbaycana verilib. Tədbirdə Azərbaycan (“Şahdağ Turizm Mərkəzi”), Türkiyə (“Ulu Dağ”), Özbəkistan (“Amirsoy”) və Qazaxıstanın (“Şımbulak”) dağ kurortlarının nümayəndələri iştirak ediblər. …
Read More »Ötən həftə 242 mina, 491 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən həftə ərzində 968.3 …
Read More »Azərbaycan Prezidenti: Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir
Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib. “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, – deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib …
Read More »İsrailin hücumu nəticəsində Livanın cənubunda 11 nəfər yaralanıb
Livanın cənubunda yerləşən Aytarun yaşayış məntəqəsi İsrail Silahlı Qüvvələrinin hava hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. “Al Jadeed” telekanalı isə ölkənin cənub bölgəsindəki bəzi ərazilərə bir neçə dəqiqə ərzində ən azı 50 zərbənin endirildiyini bildirib. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin Hərbi Hava Qüvvələrinə məxsus onlarla …
Read More »Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır
Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının (Aİ) Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır. Boyukmillet.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib. O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək. “Vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, – deyə K.Kaladze vurğulayıb. Xatırladaq ki, Aİ-nin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar