Bazar ertəsi , 6 Aprel 2026

autor

İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib. “İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

Read More »

Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı səkiyə çırpıb. Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov dünyasını dəyişib. Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri …

Read More »

Azərbaycan MDB-nin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində sentyabrın 14-də MDB iştirakçısı olan Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib. İclasda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirib ki, hazırda MDB üzvü ölkələrdə mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyub. …

Read More »

Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək. İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Read More »

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb. Boyukmillet.com xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More »

Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb. …

Read More »

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N’ourgh International du Film Amazigh – FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu. Festivalın rəsmi səhifələrində və sosial …

Read More »

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.

Read More »

Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək. Xatırladaq ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Read More »