Bazar ertəsi , 6 Aprel 2026

autor

Bakı sakininə qarşı 8 min manatdan çox dələduzluq edilib

Bakı sakininə qarşı 8 min manatdan çox dələduzluq edilib. Boyukmillet.com xəbər verir ki, Binəqədi rayonu ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ ATƏT/DTİHB ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb

ABŞ Dövlət Departamenti ATƏT/DTİHB rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. “ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, – məlumatda deyilib. Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən …

Read More »

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar. Azərbaycan …

Read More »

Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib. Eyni zamanda, dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, …

Read More »

Osman Xaliyev: “SİF ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan müraciətlərə həssaslıqla yanaşır”

Sahibkarlığın İnkişafı Fondu (SİF) indiyədək ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması, “yaşıl texnologiya”lara dair 5 layihə üzrə 3,6 milyon manat dəyərində güzəştli kredit verib. Bunu “Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu istiqamətdə daxil olan müraciətlərə həssaslıqla yanaşır: “Maliyyələşdirilən layihələrə istehsal müəssisəsində günəş panellərinin quraşdırılması, elektrik doldurma stansiyasının yaradılması daxildir. …

Read More »

“İnteraz” TV ilə bağlı məhkəmədə: Belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Prosesdə şahid qismində dindirilən “İnteraz” TV-in operatoru işləmiş Ramil Həsənov deyib ki, çəkiliş zamanı alınan pulları şirkətə gətirib: “Pullar arasında xarici valyuta da var idi. O pullarla əməkhaqqılar …

Read More »

Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu …

Read More »

Kənd məktəblərində boş qalan müəllim ixtisasları açıqlanıb

Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: “Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi …

Read More »