ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Bu barədə “Report”a ABŞ-nin Azərbaycandakı Səfirliyindən bildirilib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
Read More »Ağstafada ər və arvad faciəvi şəkildə ölüb
Ağstafada ər və arvad uçan divarın altında qalaraq ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qırlı kəndində qeydə alınıb. Kənd sakinləri, F.İsmayılov və X.İsmayılova üzüm yığan zaman divar aşaraq onların üzərinə düşüb. Nəticədə hər ikisi aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Read More »Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib. Boyukmillet.com xəbər verir ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib. O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetlərində işləyib. “Səhər” qəzetinin yaradıcılarından biri, baş …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib
Pentaqon 2022-ci ildən bəri raket istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. Qeyd olunub ki, ABŞ bu addım sursat və ya onun komponentlərinin yerli istehsalını artırmaq üçün atılıb. Eyni zamanda, 2022-ci ildə ölkədə ayda 14,4 min ədəd 155 mm çaplı mərmi, beş “HIMARS” reaktiv yaylım atəşi sistemi və 21 ədəd …
Read More »Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Azərbaycanın bütün bölgələrində ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Qeyd olunub ki, turizm zonalarından biri olan Lerikdə bu istiqamətdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin …
Read More »ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Newsweek” portalı yerli şerif departamentinə istinadən məlumat yayıb. Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına …
Read More »Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib – FOTO
Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir. “Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq …
Read More »Ukraynalı deputat: “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər
Ukraynada səfərbərlikdən yayınmaq üçün 37 min dollara “Ağ hərbi biletlər” (sağlamlığınıza görə sizi hərbi xidmətdən azad edən hərbi biletlər – Qeyd) alınır. Boyukmillet.com xəbər verir ki, bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Yurçenko səsləndirib. “Daim eşidirik ki, bir hərbi komissar İspaniyada ev alıb, digər hərbi komissar rüşvətə görə saxlanılıb. İndi “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər …
Read More »Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər. Boyukmillet.com xəbər verir ki, idmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək. Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq. Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar