Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb

Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon (cari məzənnə ilə 799,9 milyon ABŞ dolları) təşkil edib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb. Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4 % azalaraq 23,8 milyon kubmetr təşkil edib. Hesabat dövründə qaz …

Read More »

Ukraynada bəzi dini qurumların fəaliyyətini qadağan edən qanun qəbul edilib

Ali Rada Ukrayna ərazisində dini qurumların fəaliyyəti, o cümlədən Rusiya Federasiyası ilə əlaqəli olan dini qurumların fəaliyyətinə qadağa qoyulması haqqında yenidən işlənmiş qanun layihəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, qanun layihəsi bu gün-payız sessiyasının ilk iclasında qəbul edilib. Qanun layihəsi barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib. Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək. Qeyd edək …

Read More »

ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb. O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir: “Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar …

Read More »

Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub. Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar. Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə …

Read More »

Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”

Bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu tədbir çərçivəsində bir …

Read More »

Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Read More »

Serbiya səfirlikləri terror təhlükəsi ilə üz-üzədir

Serbiyanın Avropanın iki ən böyük paytaxtındakı səfirliklərinə son 24 saat ərzində terror aktları ilə bağlı təhdidlər daxil olub, diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Boyukmillet.com xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç deyib. “Avropanın digər təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək bu təhlükələrin qarşısının alınması və aradan qaldırılması istiqamətində işləyirik”, – o bildirib.

Read More »

Azərbaycan Ordusuna sürücü axtarılır

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.Tələb olunan sənədlər aşağıdakılardır:– C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;– şəxsiyyət vəsiqəsi;– hərbi biletin surəti;– tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);– rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm …

Read More »

Polşa silah-sursat alınması üçün böyük həcmdə müqavilə imzalayıb

Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri Vladislav Kosiniyak-Kamış “Polskie Radio”nun efirində deyib. “Silahlanma üzrə agentlik döyüş sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb”, – nazir bildirib. Lakin o, razılaşmanın təfərrüatlarını açıqlamayıb. Müdafiə naziri qeyd edib ki, yeni hökumət onların ölkədə istehsalını artırmağı planlaşdırır.

Read More »