İddiaçıya vaxt verilib ki, ərizəsi ilə bağlı dəqiqləşdirmə aparsın Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi başlayıb. Avqsutun 13-də Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə həbsini tələb edən isə 2019-cu ildə partiyanın Rəyasət Heyətinin qərarı ilə AXCP üzvlüyündən …
Read More »Allahşükür Paşazadə sabah Rusiyaya gedir
Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcəkdir. QMİ sədri Şeyxülislam A. Paşazadə vəfat etmiş tanınmış din xadimi – Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan …
Read More »Əli Babayevin 70 illik yubileyidir
Bu gün, avqustun 12-də “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi”nin rəhbəri Əli Babayevin 70 yaşı tamam olur. Əli müəllim ömrünü xalqa həsr etmiş insanlardandır. Ömrünün son 25 ilini Gürcüstan azərbaycanlılarına, onların Gürcüstan cəmiyyətinə intiqrasiyasına və cəmiyyətdə layiqli yerlərini tutmalarına, problemlərinin aşkar olunaraq həll olunmasına həsr edən Əli Babayevi haqlı olaraq xalqın adamı adlandırırlar. Azərbaycanlıların Gürcüstan cəmiyyətində layiqli yerlərini tutmasını təşkilatlanmış fəaliyyətə çevirmək …
Read More »Naxçıvanda yükdaşıma və sərnişin daşınması artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 95 min 400 ton yük, 27 milyon 32 min 100 sərnişin daşınıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,3 % artıb. Həmçinin, bu ilin yanvar-iyul aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə …
Read More »Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % və 2,4 % artım müşahidə olunub. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o …
Read More »İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, siyahıda altı futbolçu yer alıb. Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün “Mançester Siti”), Martin Edeqor “Arsenal”, Koul Palmer (“Çelsi”) və Olli Uotkinsdir (“Aston Villa”). Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq. Qeyd edək ki, 2022/2023 mövsümündə …
Read More »Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşüb
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin məşhur “Forbes” nəşri bildirib. Qeyd olunub ki, S.Bayraktar dünyanın ən varlı insanları arasında 2410-cı yerdədir. Siyahıda Türkiyədən ümumilikdə 27 nəfər var, onlardan 23-ü kişi, 4-ü qadındır. S.Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə Türkiyənin 24-cü ən varlı insanıdır.
Read More »Zelenski: Müharibənin ağır şərtləri Ukraynanı bütöv nəsildən məhrum etməyəcək
“Müharibənin ağır şərtlərinə baxmayaraq, Ukrayna bütöv bir nəsildən məhrum oluna bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Arzular üçün azad ” adlı Ukrayna gənclər forumunun yekununda deyib. “Dövlətimiz adından söz verə bilərəm ki ən vacib şey: Ukrayna müharibəyə görə heç bir nəsil itirməyəcək. Xalqımızın ukraynalı gənclərə ehtiyacı var və onlara dövlətimizin təhlükəsizliyini qaytaracağıq”, – Zelenski vurğulayıb. Ukrayna …
Read More »MSK sədri ATƏT DTİHB müşahidəçilərinə müraciət edib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT DTİHB müşahidəçilərinə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciət qurumun avqustun 12-də keçirilən iclasında səsləndirilib. MSK sədri deyib ki, əgər çatışmazlıqlar haqqında məlumat verilməsə, çatışmazlıq olmayıb kimi qəbul ediləcək. Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 267 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilər 29 qurum və 46 ölkəni təmsil …
Read More »Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib
Fələstin İsrailin şərtləri əsasında Qəzza və Misir sərhədindəki Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. “İsrail Rəfah keçid məntəqəsinin Fələstinin təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan mülki şəxslərin idarəçiliyi altında açılmasını təklif edib”, – məlumatda bildirilib. Qeyd olunub ki, İsrailin təklifi nəzarət-buraxılış məntəqəsi və sərhəddə Fələstin bayrağının qaldırılmasını qadağan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar