Bazar ertəsi , 6 Aprel 2026

autor

İqtisadiyyatı güclü olan dövlət hər bir nailiyyətə qadirdir

Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya olunan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin edən müstəqil dövlətdir. Təsadüfi deyil ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Sovetlər Birliyinin dağılması, ümumi daxili məhsulun (ÜDM) artımının zəifləməsi və iqtisadi durğunluğun keçmiş imperiyanın süqutunda mühüm rol oynadığını …

Read More »

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu …

Read More »

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ictimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında …

Read More »

Türkiyə Suriya ərazisindən çıxması üçün şərtləri açıqlayıb

Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Reuters”ə müsahibəsində deyib. Onun sözlərinə görə, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir: “Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra Türkiyə Suriyadan çıxa bilər”.

Read More »

Yaşar Güler: Türkiyə NATO-nun güclü olmasını istəyir

Türkiyə NATO-nun güclü olmasını istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Reuters”ə müsahibəsində deyib. O bildirib ki, Ankara Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişafında maraqlı olsa da, prioritet NATO-dur: “Prioritetimiz önəmli müttəfiqimiz olan NATO-nu dəstəkləmək, ona töhfə verməkdir. Fokus nöqtəmiz Alyansın güclü, qətiyyətli olmasıdır”.

Read More »

Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər

Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Röyters”ə müsahibəsində deyib. O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Moskvada da olub: “Ortaq nöqtəyə gəldiyimiz məsələlərlə bağlı yenə görüşlər ola bilər”.

Read More »

MEDİA: İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi dezinformasiyadır

İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə yayılan məlumatlar dezinformasiyadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar: “Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya …

Read More »

Kredit və aliment borcu olanlar Qarabağa buraxılmır – DİN təsdiqlədi

Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar. Belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq. Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən …

Read More »

Böyük dəyişiklik ərəfəsində: Rusiyanın təhlükəli Azərbaycan və İran siyasəti

Rauf Mirqədirov: “Əslində İranın ən böyük düşməni Qərb və ya İsrail deyil, Rusiyadır…” İki ildən çoxdur Ukraynada başlatdığı işğalçı müharibənin ağır fəsadları ilə üz-üzə qalan Rusiya Federasiyası Yaxın Şərqdə, Qafqazda və Orta Asiyada mövqelərini qorumağa çalışır. ABŞ başda olmaqla Qərblə geosiyasi rəqabətin şiddətli mərhələsi başlayıb və Moskvanın əsas hədəflərindən biri mövqelərini qorumaq və Qərbin diqqətini mümkün qədər Ukrayna böhranından diversifikasiya …

Read More »