Bazar ertəsi , 6 Aprel 2026

autor

AQTA Bakıda 24 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 29 iyul-2 avqust tarixlərində monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 24 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlayıb. Bu barədə “Report”a AQTA-dan məlumat verilib. Bildirilib ki, aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb. №Sahibkarlıq subyektiÜnvanGörülən tədbirBakı şəhəri üzrə1.Şükürov Hümbət Cabbar oğluNəsimi rayonu, Kaveroçkin küçəsi 21İnzibati xəta haqqında protokol tərtib edilmişdir.2.Şükürov Nicat Hümbət oğluNəsimi rayonu, …

Read More »

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi növbəti taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə 31 iyul – 2 avqust 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlarının iştirakı ilə növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq …

Read More »

Türkiyə ordusu İraqın şimalında iki PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina bölgəsində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb. Nazirlikdən verilən məlumatda bildirib ki, Türkiyə terrora qarşı mübarizə məqsədilə əməliyyatları müntəzəm davam etdirəcək.

Read More »

Məhkəmə həbsdə olmuş Bakı Şəhər Prokurorluğunun sabiq dəftərxana müdirinin müraciətini rədd edib

Bakı şəhər Prokurorluğunun sabiq təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi – dəftərxana müdiri Qurbanov Elçin Müzəffər oğlu məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, Elçin Qurbanovun müraciətinə Xətai Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, Elçin Qurbanovun məhkumluğu bir neçə gün qabaq ödənilib. Bu səbəbdən məhkəmə onun müraciətini rədd edib. Qeyd edək ki, Elçin Qurbanov 2018-ci ildə saxlanılıb. Onun …

Read More »

“Geoplin” SOCAR ilə uzunmüddətli əməkdaşlığa ümid edir

Sloveniyanın ən böyük təbii qaz tədarükçüsü olan “Geoplin” şirkəti “mavi” yanacağın tədarükü sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə uzunmüddətli əməkdaşlığa ümid edir. Bu barədə “Report”a 2024-cü il avqustun 1-də SOCAR ilə qaz tədarükünə dair ilk dəfə müqavilə bağlayan “Geoplin” şirkətindən məlumat verilib. “Report”un sorğusuna cavab olaraq şirkətdən bildiriblər ki, Azərbaycan qazının tədarük həcmi və vaxtı ilə bağlı sövdələşmənin təfərrüatlarını açıqlaya …

Read More »

Paris-2024: İtaliyalı atlet yarışdan əvvəl xəstəxanaya yerləşdirilib

İtaliyalı olimpiya çempionu Canmarko Tamberi Fransanın Paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə idmançı sosial şəbəkələr vasitəsilə məlumat verib. Hündürlüyə tullanma yarışlarının başlamasına az qalmış atlet böyrək daşı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. O, yüksək hərarətinin olduğunu yazıb. Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Read More »

Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş …

Read More »

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb. Boyukmillet.com xəbər verir ki, yeni faktları “TRT Haber” əldə edib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan iki zabit illər sonra deşifrə olunub. Qeyd edilib ki, zabitlər çevriliş cəhdinin qarşısını almaq əvəzinə R.T.Ərdoğana sui-qəsdə hazırlaşan qrupa kömək ediblər. Yeddi ildən sonra konkret faktlar əsasında onlar haqqında ittiham aktları …

Read More »

İsraildə terrorçunun hücumu zamanı iki nəfər ölüb, xəsarət alanlar var

İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxsin hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” polisə və həkimlərə istinadən yazıb. Təcili yardım xidmətinin işçiləri, hücum qurbanlarının bir-birindən təxminən 500 m məsafədə üç fərqli yerdə olduğunu bildiriblər. “Hadisə yerində 66 yaşlı qadın ölüb, daha bir yaşlı kişi xəstəxanada ölüb. 68 yaşlı zərərçəkən …

Read More »

Zəngilanın Şəfibəyli kəndində yanğın olub, quru ot, taxıl sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə “Report”a FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. …

Read More »