Bazar ertəsi , 6 Aprel 2026

autor

Paris-2024: Triatlonçuların məşqi yenidən ləğv edilib

Paris Olimpiadasında triantlonçuların məşqləri yenidən ləğv edilib. Boyukmillet.com xəbər verir ki, buna səbəb kimi Sena çayında suyun keyfiyyətinin aşağı olması göstərilib. Paris olimpiadasının təşkilatçılarının bəyanatında suyun yararsız hala düşməsinə leysan yağışların səbəb olduğu bildirilib. Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Read More »

Suraxanı rayonunda əl qumbarası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə “Report”a FHN-dən bildirilib Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş …

Read More »

Xətai rayonunda restoranda yanğın baş verib

Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasının da birincisi olmaq niyyətində olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib. “Qarşıda, əlbəttə ki, 2028 – Los-Anceles Olimpiadasıdır, lakin o vaxtadək çoxlu yarışlar var – Avropa çempionatı, dünya çempionatı. Qısa fasilədən sonra yenidən arenaya qayıdacağam”, – cüdoçu söyləyib. O, …

Read More »

KXDR XİN nüvə potensialını artırdığını elan edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin Xarici siyasət şöbəsi respublikanın müharibəyə hazırlıq dərəcəsini artırmaq üçün nüvə potensialını artırması barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Şöbənin “düşmən qüvvələrin hər hansı bir seçiminə daha güclü əks tədbirlərlə cavab verəcəyik” adlı rəsmi məlumatında deyilir: “Nüvə təhlükəsinin güclənməsi və bir tərəfin təxribatçı nüvə hazırlığının …

Read More »

Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib. Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib. 2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

Read More »

Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Qərarı ilə “Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”un yerli bürosuna məlumat verilib. Nizamnamədə Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin …

Read More »

MSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb. Bu barədə “Report”a MSK-dan bildirilib. Layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol …

Read More »

Türkiyə XİN başçısı regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq və regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb. “Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir”, – mətbuat xidməti diqqətə çatdırıb. Xatırladaq ki, daha ötən …

Read More »