Bazar ertəsi , 6 Aprel 2026

autor

Ağdaşda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və …

Read More »

İƏT XİN başçılarının fövqəladə toplantısı çağırılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, tərəflər HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb. Ə.Bageri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri …

Read More »

ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq

ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib. “Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, – …

Read More »

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb

Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazır. Daha əvvəl ştatın səhiyyə departamenti 163 nəfərin öldüyünü bildirmişdi. Məlumata görə, 200-dən çox insan yaralanıb, 227 nəfər hələ də itkin düşüb.

Read More »

Fikrət Cəfərli MSK-ya etiraz edir

Tanınmış hüquq müdafiəçisi namizədliyinin qeydə alınmamasını qanunsuz hesab edir. Bu səbəbdən ictimaiyyət üçün, aşağıdakı açıqlamanı yayıb. Boyukmillet.com olaraq, açıqlamanı olduğu kimi təqdim edirik. Əziz dostlar, dəyərli Bülbüləlilər, Əmircanlılar və ictimaiyyət nümayəndələri!Seçkidən qanunsuz kənarlaşdırılmağımla bağlı mövqeyimiz. Mənim fəaliyyətim daima şəffav olub və belədə davam edəcək. Heç vaxt nəyisə gizlətmək, qorxmaq kimi kompleksim olmayıb, olmayacaqda. Rəhbəri olduğum “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan …

Read More »

Rusiya XİN: Qərbin Ermənistan mediasına təsirinin artması yaxşı heç nə vəd etmir

Qərbin Ermənistan media resurslarına təsirinin artması yaxşı heç nəyə gətirib çıxarmayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasyin keçirdiyi brifinqdə jurnalistlərə deyib. “Amerikalılar və Aİ fürsətçi davranaraq hər yerdə Ermənistan vətəndaşlarının ictimai rəyini Rusiyaya qarşı yönəltmək məqsədi güdür. Onlar həmçinin çoxəsrlik Rusiya-Ermənistan dostluğunun və Moskvanın müxtəlif sahələrdə İrəvana göstərdiyi dəstəyin …

Read More »

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Dəyişikliklə Komissiyanın üzvləri siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini əlavə edilib.

Read More »

Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More »

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib. Bundan əlavə, Milli Müdafiə Universitetinin Nizamnaməsinə də dəyişiklik olunub. Dəyişikliklə universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun …

Read More »

AMB COP29-la bağlı planlarını elan edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar. Boyukmillet.com xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib. “1-ci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm “yaşıl” istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi …

Read More »