Bazar ertəsi , 6 Aprel 2026

autor

Rafał Poborski: Azərbaycan və Polşa nəqliyyat qovşağına çevrilmək üçün ideal mövqeyə malikdir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından istifadə edilməsi Polşa ilə Azərbaycan arasında daimi müzakirə mövzusudur. “Bu, bizim daimi müzakirə mövzumuzdur, hamımız bu məsələ üzərində işləyirik. Orta Dəhliz çox perspektivli layihədir. Şadam ki, biz onun üzərində müxtəlif formatlarda işləyirik”, – diplomat bildirib. Səfir yaxın gələcəkdə Orta Dəhlizdən istifadənin genişləndirilməsi üçün şəraitin yaradılacağına ümidvar olduğunu deyib. O qeyd edib ki, bu …

Read More »

Danimarka Gürcüstana hərbi yardımı dayandırıb

Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib. Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib. Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və …

Read More »

Polşa Prezidenti Azərbaycana səfər edəcək

Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək. Bunu “Report”a müsahibəsində Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Polşa səfiri Rafal Poborski deyib. “Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Anjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit …

Read More »

Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. İcraiyyə Komitəsindən bildirilib ki, MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının çərşənbə axşamı keçirilən iclasının qərarı ilə Anfimovun namizədliyi təsdiq edilib. “MDB Müşahidəçilər Missiyasının işi şəffaflıq, neytrallıq …

Read More »

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddə görüşü keçirilir

Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.

Read More »

Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq

Türkiyə olaraq biz də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasını (COP29) dəstəkləyir və qürur duyuruq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib. Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsinə Türkiyə hökuməti də xüsusi əhəmiyyət verir. …

Read More »

TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb

Türkiyə parlamentinin rəhbərliyi ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar TBMM-də təmsil olunan müxalifət partiyaları ilə məsləhətləşmələrə start verib. Boyukmillet.com xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayıb. Məlumata görə, başlanan müzakirələr parlamentin tətildə olduğu müddətdə də davam etdiriləcək. Qeyd edilir ki, müzakirələrin yekununda əldə olunan nəticələr dəyərləndiriləcək və “yol xəritəsi” hazırlanacaq. Bildirilib …

Read More »

Azərbaycanda Torpaq Məcəlləsi dəyişib

Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat …

Read More »

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Nazirlər Kabinetinə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan …

Read More »

İmişlidə taxıl biçini yekunlaşıb

İmişli rayonunda cari ilin taxıl biçini başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 16 521 hektar sahədə taxıl əkilib. Bunun 9 137 hektarı buğda, 7 384 hektarı arpa sahəsidir. Zəmilərdə yetişən məhsul biçilib, 65 515,5 ton məhsul götürülüb və orta məhsuldarlıq 39,7 sentner olub. O cümlədən, 36 773 ton buğda toplanıb ki, burada da …

Read More »