Bazar ertəsi , 6 Aprel 2026

autor

Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaları uzadıb

Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaların müddətini 2025-ci il yanvarın 31-dək uzadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Qeyd olunub ki, qərar 2014-cü ildən bəri qəbul edilmiş bütün sanksiyalara şamil edilir. Ümumilikdə Aİ Rusiyanın 685 hüquqi, 1 558 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.

Read More »

Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır

ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətə salmağa yönəlib. Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib. Politoloq qeyd edib ki, Qərb ölkələrinin tarixində dünyanın müxtəlif yerlərində milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə təcrübələrinin çoxsaylı nümunələri var: “Bu ölkələr üçün böyük miqyasda insan itkisi mahiyyətcə əhəmiyyətli problem deyil. Onlar hər şeyə öz …

Read More »

II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV

II Şuşa Qlobal Media Forumunun sonuncu günü “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” mövzusunda panel müzakirələrlə başlayıb. Boyukmillet.com xəbər verir ki, müzakirələrə “Haber Global”ın aparıcısı Saynur Tezel moderatorluq edib. “Pakistan daily” qəzetinin redaktoru Hamza Azhar hesab edir ki, süni intellekt KİV-də yaxşı tətbiq oluna bilər.

Read More »

Baş Prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin …

Read More »

İnam Kərimov: Məhkəmələr seçkilərdə üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır

Məhkəmələr bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminarda deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsi seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən …

Read More »

Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan ibarət COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanılmasında mühüm rol oynayacaq. Boyukmillet.com xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl-Caber Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər konfransında çıxışı zamanı deyib. Əl-Caber qeyd edib ki, həmrəylik ötən il BƏƏ-də baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) …

Read More »

Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən qadına hökm oxunub

Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovaya hökm oxunub. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, yeddi il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, S. Məmmədova pulların saxta olmasından məlumatı olmayan tanışları ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni …

Read More »

Xəzəryanı ölkələr birgə təlim keçirir

İyulun 22-də Xəzərdə “CASAREX24” birgə axtarış və xilasetmə təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb. Bildirilib ki, təlimdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iştirak edir. Məlumata görə, təlimin məqsədi regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaqdır. İnformasiyaya əsasən, Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, İran və Rusiya nümayəndələri təlimin müxtəlif mərhələlərində monitorinq aparacaq.

Read More »

Məzahir Pənahov: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir

Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, seçki sənədlərinin xüsusilə məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib: “Bu dəfə də proses standartlara uyğun şəkildə idarə olunacaq. Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan suveren ərazilərində ilk dəfədir parlament seçkiləri keçirilir. Bu, çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq …

Read More »

Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir

COP29 dünyanın digər dövlətləri kimi, Peru üçün də çox əhəmiyyətli tədbirdir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Perunun Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda, Türkiyədəki səfiri və iqamətgahı Ankarada yerləşir-red.) Sezar Auqusto de las Kasas (Cesar Augusto De las Casas Diaz) deyib. Səfir qeyd edib ki, hazırda iqlim dəyişmələri dünyanın ümumi probleminə çevrildiyinə görə Peru da bu neqativ proseslərin …

Read More »