Berlin isə Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməsinə icazə verməyi nəzərdən keçirəcək Amerika Ukraynaya Rusiyadakı bəzi hədəflərə zərbələr endirmək üçün Vaşinqton tərəfindən təmin edilən silahlardan istifadə etməyə icazə verib. Bu barədə “Politico” nəşri məlumat yayıb. Bildirib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynanın Rusiya ərazisinə Amerika silahlarından istifadə etməklə, ancaq Xarkov vilayəti yaxınlığında zərbələr endirməsinə özəl olaraq icazə verib. …
Read More »Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradır. Boyukmillet.com xəbər verir ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 ədəd geoloji …
Read More »İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb
İranda prezidentliyə namizəd olmaq üçün yeddi iddiaçı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Seçki qərargahının nümayəndəsi Möhsün İslami bildirib. Məlumata görə, mayın 31-də İran parlamentinin keçmiş sədri Əli Laricani də prezidentliyə namizəd olmaq üçün iddiaçı olaraq qeydə alınıb. Qeydə alınmanın ikinci günü yeddi iddiaçı – Məhəmmədrza Sabaqian, Mustafa Kavakbian, Abbas Müktədai, Qadur Əli Heşmətian, Səid Cəlili, Əli …
Read More »Azərbaycanın Müstəqillik Günü Madriddə təntənəli qeyd edilib
Mayın 28-i Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkənin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Boyukmillet.com xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının struktur-vahidlərinin rəhbərləri, İspaniyanın İqlim Dəyişiklikləri məsələləri üzrə Ofisinin yüksək vəzifəli …
Read More »Belçika səfiri: COP29 iqlim konfransı Azərbaycan diplomatiyası üçün əla məqam olacaq
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə üzrə konfransda iştirak edən bütün ölkələr arasında siyasi münasibətlərə təkan verəcək. Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib. Onun sözlərinə görə, belə genişmiqyaslı tədbirin ölkədə keçirilməsi Azərbaycan diplomatiyası üçün əla məqam olacaq: “Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq şirkətlərə özünü göstərmək imkanıdır ki, onlar …
Read More »Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb, hərbi əməkdaşlıq müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Cari ilin 29-30 may …
Read More »Azərbaycan boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Boyukmillet.com xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub. Boksçu 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib. Bu, boks üzrə Azərbaycan …
Read More »Putin ilə Tokayev enerji və logistika sahəsində əməkdaşlığı müzakirə ediblər
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev telefonla iki ölkə arasında, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Ticari-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib”, – məlumatda qeyd edilib. V.Putin və K.J.Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının iyul sammitinə hazırlıq və digər beynəlxalq mövzuları …
Read More »Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edəcəklər
Azərbaycan ordusu Belarusun Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də Minskdə keçiriləcək hərbi paradda iştirak edəcək. Parada habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən – Rusiya və Qazaxıstanın hərbçiləri də qatılacaq. (KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir) Bu barədə Minsk Hərbi Komandanlığının komandanı, polkovnik Dmitri Jukovski məlumat verib. Bundan əvvəl Belarus Müdafiə Nazirliyi hərbi parada 6 mindən …
Read More »Söyüş blogerlərini Azərbaycandakı hansı məmur maliyyələşdirir? – AÇIQLAMA
Avropada “siyasi mühacir” adı altında blogerlik fəaliyyətilə məşğul olan bəzi şəxlərlə bağlı bir sıra iddialar yayılıb. KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Azərbaycandakı bəzi məmurlar xaricdəki blogerlərə informasiya ötürür, onların maliyyələşdirilməsində xüsusi rol oynayırlar. İddia olunur ki, bəzi blogerləri Avropaya məhz bu məmurlar göndərib.Bu iddialar nə dərəcədə həqiqətdir, doğrudanmı Azərbaycanda xaricdəki blogerləri maliyyələşdirən məmurlar var, belədirsə onlar kim ola …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar