Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb. Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Read More »

Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir

Koreya Respublikası 2024-cü ildə silah ixracı üçün hədəfini 20 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb. “Dünyanın aparıcı ölkələrinin müdafiə xərclərini artırması ilə əlaqədar olaraq, silah bazarının 2027-ci ilə qədər 900 trilyon vona (təxminən 654 milyard ABŞ dolları) çatacağı proqnozlaşdırılır. Buna görə hökumət bu il 20 milyard dollarlıq …

Read More »

Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb 

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq/ Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb: “Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata …

Read More »

Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb

Abşeron rayonu Fatmayı qəsəbəsində evlərdən birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

Azyaşlı qıza hədə-qorxu gələrək zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Bu günədək 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub: “Bunlardan 246 müəssisədə …

Read More »

Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb

Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın paylaşımnda qeyd olunub. Bildirilib ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür: “Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, …

Read More »

Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək

Yaz mövsümü ilə əlaqədar aprelin 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırıb.

Read More »

Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay mətbuat konfransında deyib. Onun sözlərinə görə postmünaqişə dövründə yenidənqurma işləri beynəlxalq birlikdə həmrəy şəkildə həyata keçirilir. K.Sarıbay qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM-nin transformasiya prosesinin davam edəcəyini təsdiqləyib. Söhbət …

Read More »