Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Naxçıvanda 1 600-ə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Boyukmillet.com xəbər verir ki, bunların 1 467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 % artıb. Bu ilin birinci rübündə kommersiya qurumlarının 60 %-i elektron qaydada, 40 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Read More »

Zərdabda kanalda qumbara və pulemyot tapılıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalında qumbara və pulemyot tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı …

Read More »

Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb. Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.

Read More »

Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib. Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi “Təzəpir” məscidində baş tutacaq. Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı …

Read More »

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var – YENİLƏNİB

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Report”a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı …

Read More »

Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar. Boyukmillet.com xəbər verir ki, 15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib. Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan …

Read More »

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra …

Read More »

Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb

Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, adambaşına düşən milli gəlir 13 min dollardan çoxdur. “İşsizlik səviyyəsi 8,7 faiz təşkil edib”, – Ərdoğan qeyd edib.

Read More »

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. Yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”.  Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda …

Read More »