Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs edilib

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər …

Read More »

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin – Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. “Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı, nəsilləri və millətləri …

Read More »

Bakıda meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə nazirlikdən bildirilib. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Read More »

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ

Yaponiyanın şərqində, Tokio yaxınlığında 5,3 maqnitudada zəlzələ qeydə alınıb, lakin sunami təhlükəsi yoxdur. “Report”un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanların episentri Totiqi prefekturasında olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib. Ölkənin Nüvə Tənzimləmə Təşkilatının məlumatına görə, Totiqi ilə bitişik İbaraki prefekturasındakı “Tokay-2” atom elektrik stansiyası da daxil olmaqla, bölgədə yerləşən nüvə obyektlərində heç bir …

Read More »

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Read More »

Goranboyda ferma yandırılıb, 230 baş heyvan tələf olub

Goranboyda yerləşən fermalardan birini qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər …

Read More »

Türkiyə PKK ilə mübarizə üçün İraqla birgə əməliyyat mərkəzi yaradacağına ümid edir

Ankara PKK terror təşkilatı ilə mübarizə üçün Bağdadla birgə əməliyyat mərkəzi yaratmağa ümid edir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güler deyib. “Biz 40 ildir PKK terror təşkilatı ilə mübarizə aparırıq, amma təəssüf ki, 40 il ərzində İraq rəhbərliyi onları nə terrorçu adlandırıb, nə də qadağan edə bilib. Bu təşkilat onların ölkəsindədir və onları o qədər …

Read More »

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistanın spikerinə cavab verib

Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib. Boyukmillet.com xəbər verir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını təəssüflə izlədiyini deyib. O, indiki sülh danışıqları atmosferində belə …

Read More »

Azərbaycan Ordusunun zabiti özünü öldürüb

Azərbaycan Ordusunun zabiti odlu silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə  hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib. O, qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Füzuli Hərbi …

Read More »

Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq

Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq. Bu barədə  Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz …

Read More »