Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov Naxçıvan Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. “Report”un yerli bürosu xəbər verir ki, fərmanla “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin strukturu” təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki …
Read More »Türkiyə ordusu terrorçuların diversiya cəhdinin qarşısını alıb, 1 şəhid, 4 yaralı var
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. “Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, – məlumatda bildirilib. Şəhid və yaralıların …
Read More »Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin …
Read More »NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, – o bildirib. O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib. Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan …
Read More »Bakıda məşhur kafe bağlandı – FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Boyukmillet.com FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların …
Read More »Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb
Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz …
Read More »İlqar Gülmalıyev “Əhd eləmişdim ki Qarabağımız azad olunsun…”
“Əhd eləmişdim ki Qarabagımız azad olunsun,gedim dogma yurdumda qurbanlar kəsim. O anı səbirsizliklə gözləyirəm.Ancaq bununla belə, qürbət eldə olsamda, bu missiyanı elə burada da yerinə yetirirəm.” Bu sözləri hazırda Türkiyədə yaşayan soydaşımız, iş adamı İlqar Gülmalıyev deyib. İlqar müəllimin əslən Laçındandır. El-obasının düşmənlərdən təmizlənməsi, azadlığına qovuşması onun gücünə güc qatıb. Qarabağ, Şərqi Zəngəzur müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev …
Read More »Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim …
Read More »Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında İlaxır çərşənbə ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir:
Read More »Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb
Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb. Onun üzərərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar