Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sabahdan Azərbaycan telekanalları yeni TV standartına keçir

Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək. Bu barədə  Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir. Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə …

Read More »

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Boyukmillet.com-un məlumatına görə, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı. Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bu gün imzalanan Bakı bəyannaməsi …

Read More »

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb

Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir. Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, …

Read More »

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planına uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb edilir. Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında …

Read More »

Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı açıqlanıb

Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. Baş nazir bildirib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı …

Read More »

Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı saxlanılıb

Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılınıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilmişdir. Məlumata əsasən, araşdırmalar zamanı müəyyən olunmuşdur …

Read More »

Dron hücumları Rusiyada benzinin qiymətini maksimum artırıb

AI-95 markalı benzinin 1 tonunun qiyməti Sankt Peterburq beynəlxalq əmtəə-xammal birjasında son altı ayda ilk dəfə olaraq 60 min rubla (654 dollar) çatıb. Bu, 2023-cü ilin sentyabrından bəri maksimum qiymətdir. O vaxt Rusiyadan yanacaq ixracına qadağan qoyulduqdan sonra benzinin qiyməti düşməyə başlamışdı. Rusiya hakimiyyəti martın 1-dən benzinin ixracına yenidən qadağan qoyub. Belə bir qadağan 2023-cü ilin sentyabrından noyabrına qədər də …

Read More »

Avropa Məhkəməsi Azərbaycandan göndərilən 10 şikayətlə bağlı qərarlarını açıqladı

Ərizələr ifadə azadlığı hüququnun pozulması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycandan göndərilmiş 10 ərizə ilə bağlı 6 qərardadını elan edib. Ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır. “Eldəniz Quliyev Azərbaycana qarşı”, – iş tanınmış ictimai fiqurlardan olan …

Read More »