2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və …
Read More »Qazaxıstan Prezidenti: Biz Azərbaycanın tarixi qələbəsinə ürəkdən sevinirik
Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik. Boyukmillet.com Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib. “Biz ticari-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı müzakirə etdik və ümumi nəticələrə …
Read More »Tovuz istiqamətində kəşfiyyat uçuşları edən Ermənistan kvadrokopteri zərərsizləşdirilib
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz …
Read More »Qlobal Səyahət Liderləri SITE Qlobal Konfransı üçün İstanbulda toplandı
Həvəsləndirici turizmin aparıcı birliyi olan Həvəsləndirici Səyahət Mükəmməlliyi Cəmiyyəti (SITE) 26-29 fevral 2024-cü il tarixlərində İstanbulda 2024-cü il Qlobal Konfransını təşkil etdi. SITE Türkiye Bölümü SITE Qlobal Konfransına (SITE Universiteti kimi tanınır) 1996-cı ildə İstanbulda ev sahibliyi edən ilk ölkələrdən biridir. Qlobal tədbir olaraq bu il ilk dəfə Türkiyədə keçirilən konfrans dünya üzrə turizm sənayesi liderlərini şəbəkə qurmaq, fikir mübadiləsi …
Read More »Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərarla həmin müddət aprelin 2-si bitirdi.
Read More »Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Boyukmillet.com-un məlumatına görə, martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Read More »Azərbaycan və Qazaxıstan prezidentləri Çindən Bakıya konteyner qatarının gəlişini videobağlantı ilə izləyiblər
Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Bu barədə “Report”un əməkdaşı xəbər verir.
Read More »Prezident Daxili Qoşunların hərbi qulluqçularını təltif edib – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Ələkbərov Nicat Vaqif oğlu – …
Read More »Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”, – paylaşımda bildirilib.
Read More »Xankəndidə silah-sursat tapılıb
Polis əməkdaşları Xankəndidə silah-sursat aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar