Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan …
Read More »Azərbaycanda ilk dəfə Xankəndi – Bakı ultra marafonu start götürüb
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi – Bakı ultra marafonu başlayıb. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan …
Read More »Almaniyada Azərbaycan-Ermənistan danışıqlarının birinci günü başa çatıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan və Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Barbok arasında üçtərəfli görüş keçirilib. …
Read More »Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edilib
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər. Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə …
Read More »Ermənistan Rusiyaya etiraz notası göndərib
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib. Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib. “Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən …
Read More »Azərbaycan Çin şirkəti ilə nəqliyyat sahəsində müzakirələr aparıb
Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong” şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq”, – deyə nazir qeyd edib. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1762832008290390389%7Ctwgr%5E4a243bdf8dda4453de51d5ed67ba76f3106b0bca%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Finfrastruktur%2Fazerbaycan-cin-sirketi-ile-neqliyyat-sahesinde-muzakireler-aparib%2F&in_reply_to=1762832008290390389
Read More »Ceyhun Bayramov Almaniya XİN başçısı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1762823100679287294%7Ctwgr%5Ed270042c75ea9ebfa4dffedb2776c239b79108ef%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fazerbaycn-ve-almaniya-xin-bascilari-gorusub%2F&in_reply_to=1762823100679287294
Read More »Rusiya XİN Ermənistanı ittiham edib
Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib. O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi …
Read More »Hesablama Palatası Dövlət Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edib
Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib. Boyukmillet.com bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinə qədər həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma …
Read More »Ombudsmanın 2023-cü il üzrə məruzəsi sabah MM-də müzakirə olunacaq
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi sabah parlamentdə müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, məruzənin müzakirəsi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasının gündəliyinə salınıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar