Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın …
Read More »ABŞ-nin daha bir şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalanıb
ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar iki bəyannamə imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən dəhşətli qətliam hesab etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə günahsız insanın Ermənistanın etnik …
Read More »Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Nazirlikdən verilən məlumata görə, İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və …
Read More »Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib. Bu barədə dövlət komissiyasından məlumat verilib. Bildirilib ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik …
Read More »Azərbaycanın döyüş gəmiləri şərti düşmənin suüstü və hava hədəflərini məhv edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə …
Read More »Milli Məclisin iclası başlayıb, gündəlikdə 11 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik …
Read More »ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb
ABŞ tezliklə Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib. “Biz yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik və İran Rusiyaya ballistik raketlər satarsa, daha da irəli getməyə hazırıq”, – o qeyd edib. Kirbi deyib …
Read More »ABŞ müharibənin ildönümündə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
Fevralın 23-də ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü münasibətilə 500-dən çox hədəfə sanksiya tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters”ə söyləyib. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də “Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən” üçüncü ölkələrin şirkətlərinə yönələcək. Adeyemo əlavə edib ki, Vaşinqton Rusiyanı müharibə və müxalifətçi …
Read More »Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşib: “Qalatasaray” turnirlə vidalaşıb
UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün oyunları başa çatıb. Boyukmillet.com xəbər verir ki, baş tutmuş səkkiz cavab qarşılaşmasından ikisində, o cümlədən “Qarabağ” – “Braqa”, “Frayburq” – “Lans” matçlarında mərhələnin qalibini ancaq 30 dəqiqəlik əlavə edilmiş vaxtda müəyyənləşib. “Roma” – “Feyenoord” oyununda isə mübarizə penalti seriyasınadək davam edib. UEFA Avropa Liqası, pley-off mərhələsi Cavab oyunları 22 fevral 21:45 “Qarabağ” (Azərbaycan) – …
Read More »Paşinyan: Rusiya Ermənistan əhalisini hakimiyyəti devirməyə çağırıb
Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib. “Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – siyasətçi vurğulayıb və əlavə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar