Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər …

Read More »

Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü …

Read More »

İSBAM İstanbul Ofisinin açılışı olub

İki dövlət, BİR MİLLƏT” anlayışı ilə hər zaman Türkiyənin yanında olan Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) İstanbul şöbəsi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə  mətbuata İSBAM sədri Samir Adıgözəlli məlumat verib. O bildirib ki, dünən İstanbulun Çekmeköy rayonunda İSBAM-ın şöbəsinin açılış mərasimi keçirilib: “Bildiyiniz kimi, mərkəzi qərargahı Azərbaycanda olan İSBAM-ın idarə heyətinin qərarı …

Read More »

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində aşkar olunan 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb. Həmçinin ötən gün …

Read More »

Azərbaycan taekvondoçusu Türkiyə açıq çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev (74 kq) Antalyada keçirilən Türkiyə açıq çempionatında bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, 22 yaşlı idmançı baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında üçüncü yeri tutub. Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə çempionatın ən yaxşı referisi seçilib. Qeyd edək ki, daha əvvəl yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 sm), Məryəm Cəfərova (152 sm) qızıl, Murad Canəliyev …

Read More »

Səhiyyə Nazirliyi yenidən qızılca ilə bağlı vətəndaşlara çağırış edib

Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən  verilən məlumata görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və …

Read More »

Prezident İlham Əliyev Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Arif müəllim! Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir. Siz Azərbaycan …

Read More »

İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb. “Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək …

Read More »

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib

Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb. Boyukmillet.com “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib. Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji …

Read More »

Ağdamda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək – SİYAHI

Ağdam rayonunda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında qərar qəbul edilib.İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işğaldan azad olunan ərazilərdə apardığı monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə olunub. …

Read More »