Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyə köhnə Balkan dəhlizi ilə Avropaya qaz nəqli imkanını açıqlayıb

Türkiyənin qaz nəqli operatoru “Botaş” köhnə Balkan dəhlizi ilə əks rejimdə qazın Avropaya nəqli imkanını açıqlayıb. Boyukmillet.com bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir. Operator Türkiyədən ixrac üçün Malkoçlar-Stranka sərhəd məntəqəsi vasitəsilə qaz tədarükü üçün tutumun bron edilməsi imkanını açıqlayıb. “Türk axını” işə salınmazdan əvvəl bu məntəqədən qaz Rusiya Federasiyasından Ukrayna, Moldova və Rumıniya vasitəsilə Türkiyənin qərbinə axırdı. “Qazprom” və “Botaş” …

Read More »

Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb. “Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, – politoloq qeyd edib. “Əgər bu texniki səhv deyilsə …

Read More »

XİN: Paşinyan Azərbaycana qarşı növbəti böhtan xarakterli iddialar səsləndirib

Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Boyukmillet.com xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb. “Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma …

Read More »

Narkotik savaşı: “Cəmiyyət qıraqda dayanıb, qurumlar məşğul deyil, hər şey polisin üstündədir” 

Xəbər verdiyimiz kimi, paytaxtın bir sıra ərazilərində divarlarda narkotikə təşviqedici şüarların yazılmasl ilə bağlı məlumat yayılıb. Məlumata görə, divarlarda yazılan “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”dir. “24ks.cc” isə narkoşəbəkənin saytıdır, teleqram botuna bağlıdır. Bu ənənənin isə ölkəmizə Belarus və Rusiyadan gəldiyi bildirilir. Bundan əlavə, məlumatda qeyd edilir ki, bu yazılara görə həmin şəxslərə pul və ya …

Read More »

Türkiyənin milli müdafiə naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezidentim. Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə …

Read More »

Hərbi Prokurorluq Ermənistanla sərhəddə hərbi qulluqçunun yaralanması ilə bağlı cinayət işi açıb

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən  verilən məlumata görə, Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən hadisə ilə bağlı izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə …

Read More »

Zəngilan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub, bir hərbçi yaralanıb

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Boyukmillet.com-un məumatına görə, hadisə fevralın 12-də saat 13:37 radələrində baş verib. Məlumata əsasən atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb: “Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu …

Read More »

İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir. İnanıram ki, kəskin şəkildə …

Read More »

Ötən həftə 908,9 hektar ərazi minalardan təmizlənib, 195 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 5-11 fevral 2024-cü il tarixi ərzində 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin, 908,9 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, …

Read More »

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il fevralın 13-də imzaladığı fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Boyukmillet.com xəbər verir ki, Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların …

Read More »