Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. Boyukmillet.com xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib. Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

Read More »

ABŞ Türkiyəyə vermədiyi “F-35”lərin saxlanmasına görə ödəniş istəyir

ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması səbəbindən ölkəyə verilməyən “F-35” qırıcılarının saxlanması üçün Türkiyədən ödəniş almaq istəyir. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb. Belə ki, Türkiyə ödəniş etməsinə baxmayaraq Amerika tərəfi 6 ədəd “F-35A Lightning II” qırıcısını 6 ildir ki, anqarda saxlayır. “Bu təyyarələrin hazır vəziyyətdə saxlanılmasını təmin etmək üçün hər ay texniki xidmət göstərilir. Amerika Birləşmiş …

Read More »

Azərbaycanın üç cüdoçusu “Böyük Dəbilqə”nin sonuncu günündə mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar. 90 kq.Vüqar Talıbov – Mariano Koto Bersyer (Argentina)Elcan Hacıyev – Sanşiro Murao (Yaponiya) +100 kq.Uşangi Kokauri – Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik …

Read More »

Avropa Parlamentində Rusiyada seçkilərin nəticələrinin tanınmaması ilə bağlı səsvermə baş tutmayıb

Rusiyada keçirilən seçkilərin nəticələrinin tanınmaması tələbini Avropa Parlamenti üzvlərinin 10%-dən az hissəsi dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, müvafiq təşəbbüslə estoniyalı deputat Riho Terras çıxış edib. Terrasın müraciətini Estoniya, Bolqarıstan, İspaniya, Hollandiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Slovakiya, Finlandiya, Danimarka, Çexiya və Macarıstandan olan deputatlar, ümumilikdə 29 nəfər imzalayıb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

Read More »

Polşada 2 aylıq övladı ilə itkin düşən azərbaycanlının meyiti çayda aşkarlanıb

Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. Boyukmillet.com xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.

Read More »

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır

Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır. Boyukmillet.com xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan …

Read More »

Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib

Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Read More »

Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır

Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır. Bu barədə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər. Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi …

Read More »

Türkiyə Prezidenti azərbaycanlı xilasedicilərə təşəkkür edib

“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon …

Read More »