Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb. Boyukmillet.com məlumatlı mənbəyə istinadən xəbər verir ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə …
Read More »ABŞ-nin İraqı bombalaması nəticəsində 16 nəfər ölüb
ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb. İraqın bu əyalətdəki Hərbi Əməliyyatlar Komandanlığından bildirilib ki, ABŞ tərəfdən açılan atəşlər nəticəsində 16 nəfər ölüb. Xatırladaq ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) və ona bağlı qüvvələrə aid …
Read More »PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum edib, ölən və yaralanan var
İraqın şimalında PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, fevralın 3-də İraqın şimalında antiterror əməliyyatı bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi yaralanıb. Yaralılar hospitala yerləşdirilib.
Read More »Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb
Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada …
Read More »Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni sakinlərinə baş çəkib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər. Bu barədə təşkilatdan məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib. Həmçinin, …
Read More »Bazar günü Bakıda 12, rayonlarda 15 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm …
Read More »İşğaldan azad olunan Ağdam şəhəri səsvermə gününə hazırdır
İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb. Bunu “Report”un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşına açıqlamasında seçki məntəqəsinin sədri Arzu Rəhimova bildirib. Onun sözlərinə görə, 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. A.Rəhimova deyib ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində lövhə qoyulub, oraya prezidentliyə …
Read More »Azərbaycan Ordusunda məşğələlər: həyəcan siqnalı verilib, döyüş texnikası atəş mövqelərinə çıxarılıb
Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların …
Read More »Xankəndidə silah-sursat tapılıb
Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Hacıqabul sakinində “AKS-74” markalı avtomat və patronları aşkarlanaraq götürülüb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimov saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar