Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq

Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-yə məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, …

Read More »

“AzerGold” 2024-cü il üçün hasilat planını açıqlayıb

2023-cü ildə “AzerGold” QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Z. İbrahimov qeyd edib ki, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata …

Read More »

Ermənistan XİN Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib

Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib. O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”. Nazir müavininin sözlərinə görə, bu proses həm İrəvan- Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət …

Read More »

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media …

Read More »

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa …

Read More »

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları, yaxud 0,92 % artaraq 87,4 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 82,57 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Ərdoğan: Türkiyə öz raketini kosmosa buraxacaq

Türkiyə öz raketini kosmosa buraxacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə gənclər qarşısında çıxışı zamanı deyib. Ərdoğan çıxışında Türkiyənin astronavt hazırlığı proqramını xatırladıb və bunu Türkiyənin kosmos tədqiqatlarında yeni tarixi addım adlandırıb. “Gələcək illərdə bu proqramlar çərçivəsində yetişdirdiyimiz astronavtlarla öz raketimizi kosmosa göndərəcəyik”, – o qeyd edib. Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də NASA …

Read More »

Jurnalist Məhəmmədəli Qəriblinin üzərinə təşkil olunan media hücumunda böyük siyasi səhvə yol verildi…

Mənə cavab verənlərin nəzərinə: axı, Müşahidə Şurasının 4 yox, 5 üzvü var – Bəs sədr niyə unudulub? İki gün əvvəl, yeni formalaşan Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının yeni seçilən üzvləri ilə bağlı olan gözlətilərimi və kiçik narazılığımı ifadə edən bir status yazdım. Elə həmin gün Milli.az saytında mənə cavab xarakterili bir yazı paylaşıldı. Çox maraqlıdır ki, həmin yazını həmkar təəssübkeşliyini …

Read More »

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib

Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım olunub. E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Tech Universitetinin …

Read More »

Hulusi Akar: Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlər var

Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda deyib. Görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini …

Read More »