Avropa İttifaqı-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya öhdəliyi elan edilib. Boyukmillet.com Avropa Komissiyasına istinadən xəbər verir ki, Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb. İştirakçılar qarşıdakı iki …
Read More »Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”
Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib. Boyukmillet.com-un “Baku TV”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu …
Read More »Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı …
Read More »İranda 4 nəfər edam olunub
İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar. Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib. Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün …
Read More »Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir
Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq. Bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib. O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək. “Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, – nazir söyləyib. Türkiyənin təhsil naziri Y.Tekinin “Report”a geniş …
Read More »MSK sədri: “Erməniəsilli şəxslər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli şəxslərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: “Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur”.
Read More »“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə …
Read More »Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində deyib. V.Zelenski söyləyib ki, bu ssenarinin qarşısını almaq lazımdır: “Biz xalqımıza, tərəfdaşlarımıza, sülh perspektivinə inanmalıyıq. Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar”. Prezident bildirib ki, Ukraynanın dağılmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısının alınması üçün …
Read More »Həftəsonu ölkə ərazisində 16 kq narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-28-də 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli …
Read More »Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in hesabat-seçki konfransına qatılıblar
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, digər yeniliklər və keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri də söhbət mövzusu olacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar