Böyük Britaniya böyük epidemiya fonunda qızılcaya qarşı peyvənd kampaniyasına başlayır. Boyukmillət.com xəbər verir ki, bu barədə xarici KİV-lər İngiltərənin səhiyyə xidmətinə (NHS England) istinadən məlumat yayıb. Daha əvvəl bildirilib ki, 1990-cı illərdən indiyədək ən böyük qızılca epidemiyası Britaniyanın Qərbi Midlend bölgəsində qeydə alınıb və ölkədə fövqəladə vəziyyət elan edilib. Qeyd olunur ki, bu kampaniya əvvəllər peyvənddən yayınan və ya peyvəndin …
Read More »Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb
Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə …
Read More »Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib. “Report”un yerli bürosu xəbər verir ki, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb. “Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək …
Read More »Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manata yaxın pul xərcləyib
2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı …
Read More »XİN: “Seçkilərlə bağlı nota göndərilən beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab alınıb”
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. “Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, …
Read More »Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə secki-2024.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, …
Read More »Ermənistan MN: “Rusiya şirkətləri ilə silah sahəsində bəzi məsələlər həll olunub”
İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib. “Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub”, – qurumdan bildirilib. Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.
Read More »Azərbaycanda uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb. Agentlikdən verilən məlumata görə, açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası …
Read More »Sabah Bakıya qar yağacaq
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Boyukmillət.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında bəzi …
Read More »Yevlaxda silah-sursat və narkotik vasitələr tapılıb
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd “Kalaşnikov-AK74” markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar