Çərşənbə axşamı , 7 Aprel 2026

autor

ABŞ husilərin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib

ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib. “Biz bunu (ismarış – Qeyd) xüsusi olaraq çatdırdıq və əminik ki, onlar hərtərəfli hazırlanıblar”-deyə, o bildirib. Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat …

Read More »

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də püşkatma keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə …

Read More »

Qaxda qanunsuz ağac emal edən sexlər aşkarlanıb 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ekoloji qaydaların, təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Qax rayonunda keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ağac emalı sexi, Uzuntala kəndində yerləşən sexdə isə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac …

Read More »

“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanılıb

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb. “Report”un əldə etdiyi məlumata görə, H.Vəliyev barəsində Daxili İşlər Nazirliyinə bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb. Məlumatı DİN-dən təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb

BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb. “Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib. Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir. BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq. Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. …

Read More »

Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır – FAKTİKİ HAVA

Yanvarın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hazırda Bakıda və Abşeron yarımadasında, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Neftçala, Yardımlı, Lerik, Şabran, Biləsuvar, Lənkəran, Astara, Laçın, Kəlbəcərdə qar, Culfa, Ordubad, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabulda yağış yağır. Şimal-qərb küləyinin maksimal sürəti …

Read More »

İraq və Suriyada terrorçulara qarşı əməliyyatlarda 45 nəfər zərərsizləşdirilib

İraqın şimalında 36, ​​Suriyanın şimalında 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyatlarla bağlı keçirilən iclasdan sonra yayılan rəsmi açıqlamada deyilir. Açıqlamada bildirilir ki, Türkiyə terror təşkilatı və onun havadarlarına qarşı mübarizəni qətiyyətlə davam etdirir: “Bu mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror …

Read More »

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə Azərbaycan istehsalçılarının milli məhsullarının dequstasiya seriyasını təşkil edib. “Report”un Rusiya bürosu xəbər verir ki, dequstasiya seriyası “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində keçirilib. “Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunub. Qonaqlar milli ənənəvi Azərbaycan …

Read More »

Paşinyan: Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır”, – deyə o qeyd edib.

Read More »

MSK-nın media mərkəzi fəaliyyətə başlayır

Mərkəzi Seçki Komissiyasının media mərkəzi tam hazır vəziyyətə gətirilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, sabahdan etibarən media mərkəzi öz işinə aktiv şəkildə başlayacaq.

Read More »