Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan Ordusunun komandirləri şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetirib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib. Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq …

Read More »

Ceyhun Bayramov UNICEF-in regional direktorunu COP29-a hazırlıq barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir …

Read More »

Dövlət katibinin köməkçisi: ABŞ Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına dəstək verməyə hazırdır

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen onlayn brifinq zamanı deyib. Onun sözlərinə görə, sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir. “Biz çox həvəslənirik ki, onlar …

Read More »

Beynəlxalq hüquq üzrə ekspert Paris merini Azərbaycana qarşı qərəzdən əl çəkməyə çağırıb

Almaniyada yaşayan diaspor fəalı, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər anti-Azərbaycan mövqeyi nümayiş etdirən Paris meri Ann İdalqoya etiraz məktubu ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, o, məktubunda bildirib ki, sosial media şəbəkələrində COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli və yersiz çağırışlar səsləndirən Paris merinin hərəkətləri qəbuledilməzdir. Merin həmişə dəstəklədiyi Ermənistanın Azərbaycanın xeyrinə olaraq COP29-un ev sahibliyinə namizədliyini …

Read More »

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti Edqars Rinkeviçs arasında məktub mübadiləsi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan liderinin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızısəmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq …

Read More »

Qubadlıda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilir ki, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, hər biri 1 …

Read More »

“Vecon Consulting” illik hesabatını açıqladı

“Vecon Consulting” şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb. Boyukmillet.com xəbər verir ki, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb. Yola saldığımız ildə “Vecon Consulting”in işçilərinin sayında da …

Read More »

Müsahibədən keçən 52 vəkilliyə namizəd təlimə cəlb olunub

Müsahibədən keçən 52 vəkilliyə namizəd təlimə cəlb olunub. Boyukmillet.com xəbər verir ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 67 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Read More »

Türkiyə MN antiterror əməliyyatları bölgəsində ağıllı telefonlardan istifadəni yasaqlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə hərbçilərin ağıllı telefonlardan istifadə etməsinə qadağa qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib. O bildirib ki, bu barədə müvafiq əmr verilib: “Əməliyyat bölgələrində ağıllı və kameralı telefondan istifadə qadağan edilib. Həmçinin şəxsi heyətə bu tipli cihazlardan istifadənin mənfi təsirləri ilə bağlı təlim keçirilib. Bu qaydanı …

Read More »

Prezident İlham Əliyevin müsahibəsi – dosta da, düşmənə də ismarışlar – ŞƏRH

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var. Əvvəllər olduğu kimi rəsmi İrəvan Bakı ilə normallaşma prosesi istiqamətində əməli addımlar atmaqdansa yenə mücərrəd, avantürist və spekulyativ açıqlamalar verirlər. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan …

Read More »