Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Read More »Azərbaycan komandoları şərti düşmənin mühasirəyə alınması tapşırıqlarını yerinə yetiriblər
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər. Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən …
Read More »Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2025-ci illər üçün proqnozlarını açıqlayıb
Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında bildirilib. Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir. “2024-2025-ci illərdə Cənubi Qafqazda iqtisadi artım illik 3,3 % səviyyəsində sabit qalacağı proqnozlaşdırılır. Rusiyadan pul köçürmələrinin daha …
Read More »Gələn həftədən prezident seçkilərinin təşviqat kampaniyası başlayır
Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com-un xəbərinə görə, prosesə yanvarın 15-də start veriləcək. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan …
Read More »DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə “Report”a qurumdan məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava …
Read More »Xankəndidə 17 avtomat, 10 tüfəng və 11 qumbara aşkarlanıb
Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Qeyd edək ki, …
Read More »Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb
Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 43,6 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam …
Read More »Ukrayna PUA-larla Rusiyanın Saratov vilayətinə hücum edib
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Saratov vilayətinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar məhv edilib. Regionun qubernatoru Roman Busarqinin sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb.
Read More »Qərbi Azərbaycan Xronikası: “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” adlı süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, verilişdə ermənilərin türklərə məxsus İrəvan şəhərinin istehkamı sayılan qalanın yer üzündən silməsindən bəhs olunur. Bildirilib ki, 27 il rus ordusuna və generallarına müqavimət göstərən İrəvan qalası həm də qəhrəmanlıq rəmzi idi: “İrəvan qalasının …
Read More »Ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 4 ədəd qumbara, 3 alışdırıcı, 19 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar