Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb – SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Məsələ barədə qurumun katibi Arifə Muxtarova məlumat verib. Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü …

Read More »

Kamran Əliyev: “Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb. Hadisə gecə baş verib. Aidiyyəti …

Read More »

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Azərbaycana səfəri başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıb.

Read More »

Oğuzda avtomobil “Aztelekom”un əməkdaşını vurub

Oğuz rayonunda avtomobil “Aztelekom”un əməkdaşını vurub. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan şəxs “Aztelekom”un Oğuz şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

Read More »

Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq. Bu barədə “Report”a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib. O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq. Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Read More »

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub. Boyukmillet.com xəbər verir ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada …

Read More »

Antoni Blinken: “Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır”

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar. Boyukmillet.com xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. “Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın …

Read More »

Baş prokuror: “Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir”

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. “İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, – deyə baş prokuror qeyd edib.

Read More »

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb. Onlardan 385 nəfər müsbət nəticə əldə edib. Eksternat imtahanlarında ümumi orta …

Read More »