Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Auditorlar və qiymətləndiricilər bir araya gəlir – “Bakı KOB evi”ndə müqavilə imzalandı

“Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasimdə audit və qiymətləndirmə şirkətlərinin rəhbərləri, KOBİA təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İcra Aparatının rəhbəri Azər Niftiyev …

Read More »

Dövlət Komitəsi: “İndiyədək 4500-dən çox şəxs doğma yurda qayıdıb, tezliklə Xocalı və Şuşaya köç olacaq”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 26-da Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb. Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünün başlandığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramında …

Read More »

Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı …

Read More »

Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

YAP 50 min seçicinin imzası olduğu vərəqələri MSK-ya təqdim edib

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib. Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici …

Read More »

ÜST qlobal qızılca təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsinin qalmağa davam edəcəyini açıqlayıb. Təşkilatdan “Report”a verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb: “ÜST və ABŞ-nin Xəstəliklərə …

Read More »

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Almaniyadan 325 801 əcnəbi sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Məlumata görə, təkcə noyabr ayında 35 316 ilkin sığınacaq müraciəti qəbul edilib. Yanvar-noyabr aylarında isə 242 185 sığınacaq proseduru ilə bağlı qərar çıxarılıb. BAMF-ın məlumatında qeyd olunub ki, bu il sığınacaq müraciətlərində …

Read More »

Türkiyə PA rəsmisi Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq ideyasını dəstəkləyib

Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu bildirib ki, Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq onun çoxdan arzuladığı bir ideyadır və bu fikri ürəkdən dəstəkləyir. Ayhan Tuğlu “Report”un Ankara bürosuna açıqlamasında deyib ki, Millət Kitabxanası ilk qurulduğunda hətta türkdilli dövlətlərin kitabları bir bölməyə toplanıb: “Hazırda kitabxanamızda yer alan dünya kitablarının əksəriyyəti türk dövlətlərindən gələn kitablardır. Gələcəkdə türk dünyası ilə bağlı …

Read More »

Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb – SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da …

Read More »