Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. …
Read More »Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb olunması qaydası dəyişir
Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişəcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azad idi. Azadolmanın müddəti bu il fevralın 1-də bitdiyindən həmin …
Read More »Azərbaycanda daşımalarla bağlı icazə sistemində dəyişiklik edilib
Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq …
Read More »Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşüb
Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları …
Read More »Ermənilərin Qarabağda silah anbarı kimi istifadə etdiyi növbəti mülki obyekt aşkarlanıb
Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə …
Read More »İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib
26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin …
Read More »Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Read More »Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaq
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Read More »Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik aşkarlanıb
Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan Neftçala rayon sakinindən narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənovu saxlayıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar