Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Kamran Əliyev iranlı həmkarı ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bundan başqa, görüş zamanı ölkələrimizin …

Read More »

Tovuzda mağazada pirotexniki vasitələr və aksiz markası olmayan tütün məmulatları aşkarlanıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More »

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı obyektlərinə zərbələr endirib

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı hərbi bazalarına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Adrienne Vatson deyib. O bildirib ki, bu, ABŞ-ın İraqdakı hərbi bazasının atəşə tutulmasına cavabdır. Qeyd olunub ki, sözügedən hücum barədə dərhal ABŞ Prezidenti Cozef Baydenə məlumat verilib. Dövlət başçısı isə cavab tədbirlərinin görülməsini tapşırıb. Bildirilib ki, ABŞ bazalarına hücum …

Read More »

MSK sədri: “Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar atılır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu, MSK sədrinin Ekspert qrupu üzvlərinə müraciətində əksini tapıb. Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə – 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ərəfəsindədir: “Seçkilər ilk dəfə ölkəmizin suverenliyi …

Read More »

Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

Yaponiyanın “SLIM” aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb. “Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir”, – …

Read More »

Rusiyanın daha bir iri hərbi gəmisi məhv edilib

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqramda bildirib. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseriböyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb. Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı …

Read More »

Prezident İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: https://www.instagram.com/p/C1SGY5wNeX2/?utm_source=ig_embed&ig_rid=3151038d-994a-4638-ac2e-75fea2756363&ig_mid=AF30B819-64BA-4C25-91DC-731F6E228A88

Read More »

İstanbulun ikonik küçə ləzzətləri – FOTO

Türk mətbəxi MICHELIN Ulduzlu restoranlardan tutmuş regional yeməklərə qədər beynəlxalq səviyyədə sevilir və şübhəsiz ki, İstanbul bu məşhur tarixin mərkəzində dayanır. Elə isə zəngin tarixi və müasir görməli yerləri ilə məşhur olan İstanbula səyahətinizi fərqli ləzzətlərindən həzz alaraq tamamlayın. İstanbulun küçə ləzzətləri dadmağın əsl vaxtıdır. Səhər yeməyindən axşama… Dünyaca məşhur türk səhər yeməklərinin əsasını təşkil edən “simit” İstanbulun bəlkə də …

Read More »

Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar …

Read More »

Ödəniş xidmətləri və sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri …

Read More »